Sportarena.az
22 Sentyabr 2017

1 qızıl, 4 final - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında ilk mükafatçılar müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə komanda hesabında ən yaxşılar bəlli olub. Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycan yığması çempion tituluna yiyələnib. 4 hərəkətin cəmində 128,200 xal toplayan gimnastlarımız ən yaxın izləyiciləri olan Özbəkistanı 4,350 xal qabaqlayıblar. Hakimlərin 101,650 xalla qiymətləndirdiyi Türkiyə isə ilk “üçlüy”ü qapayıb.

 

Komanda yarışları ilə yanaşı, şəxsi birincilikdə iki hərəkətdə təsnifat mərhələsi də keçirilib. Gimnastlar gürzlər və lentlə xalça üzərinə çıxıblar. Azərbaycanı bu yarışda üç idmançı təmsil edib. Gürzlə 15,600 xal yığan Marina Durunda və 16,050 xala malik Jalə Piriyeva bu hərəkətdə finala vəsiqə qazanıb.

 

Lentlə hərəkətlərdə də Durunda və Piriyeva həlledici mərhələyə yüksəlib. Onlar müvafiq olaraq, 15,200 və 16,100 xal toplayıblar. Zöhrə Ağamirova isə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, ayrı-ayrı hərəkətlərdə final mərhələsi sabah keçiriləcək. Durunda ilə Piriyeva halqa və topla hərəkətlərdə də final mərhələsinə qatılacaq.

Tarix
13.05.17 [21:10]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Sentyabr
21 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio