Nazarov "Lokomotiv"ə keçir? - AÇIQLAMA

15:25 14 May 2017

“Lokomotiv”in baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin və Almaniyanın “Ertsqebirge Aue” klubunun futbolçusu Dmitri Nazarovu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, Rusiyanın TASS agentliyinə açıqlamasında deyib:

 

“Bununla bağlı ilk dəfədir eşidirəm. Həmin xəbərlər doğru deyil”.

 

Qeyd edək ki, bu mövsüm Almaniya 2-ci bundesliqasında çıxış edən Nazarov 26 oyuna 9 qol vurub. Mövsümün sonu onun “Ertsqebirge Aue”ni tərk edəcəyi bildirilib.


Xəbər xətti