"Qarabağ"ın səfər oyunu hansı kanalda yayımlanacaq?

16:55 12 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" iyulun 18-də II təsnifat mərhələsi çərçivəsində dünən 5:0 hesabı ilə məğlub etdikləri "Samtredia"nın qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, təmsilçimizin bu matçı böyük ehtimalla yayımlanacaq. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımza məlumat verib. Onun sözlərinə görə, matçın canlı yayımlanacağı hələ ki tam təsqini tapmasa da, böyük ehtimalla "İdman Azərbaycan" kanalı yayımlanacaq. Bir neçə məsələ dəqiqləşdirildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanmışdı.


Digər xəbərlər

Xəbər xətti