“Herta”nın baş məşqçisi: “Neftçi”yə daha çox qol vura bilərdik"

15:40 3 Avqust 2017

Yoxlama oyununda “Neftçi”ni darmadağın edən (4:0) “Herta”nın baş məşqçisi Pal Dardai oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, macar mütəxəssis Berlin klubunun saytına açıqlamasında daha böyük hesabla qalib gəlməli olduqlarını deyib:

 

“Cəmi bir həftədi təlim-məşq toplanışındayıq, ancaq komandanın hazırlığından razıyam. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. İlk hissədə biz sadə və gözəl futbol sərgilədik. Ancaq bundan sonra futbolçular bir qədər yoruldular. Buna görə, ikinci hissədə başqa heyətə şans verdim. Onların da qol vurmaq şansları olsa da, fürsətlərdən lazımınca yararlana bilmədilər. Biz daha artıq qola vura bilərdik. Ümumiyyətlə, bu oyun müəyyən nəticələr çıxarmaq baxımından bizə çox şey verdi”.


Digər xəbərlər

Xəbər xətti