Renat Dadaşov: "Ümid edirəm ki, növbəti mövsümdə çox şans qazanacam" - AÇIQLAMA

14:38 7 Avqust 2017

Azərbaycan yığmasının və “Ayntraxt”n hücumçusu Renat Dadaşov “Frankfurt”la yoxlama oyunundan (5:2) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, oyunda komandasının qələbəsinə bir qolla töhfə verən gənc oyunçu, klubun saytına açıqlamasında növbəti mövsümdə çox şans qazanacağına ümid etdiyini deyib:

 

“Fərqlənmək üçün iki şansım var idi. Bizim üçün hər oyun vacibdi, buna görə, var qüvvəmizi ortaya qoyuruq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsümdə çox oyunda şans qazanacam. Mənim əsas məqsədim, inkişaf etmək və ən yaxşı olmaqdı”


Digər xəbərlər

Xəbər xətti