Rusiyada matç zamanı faciə - Azarkeş öldü

14:35 10 Avqust 2017

Rusiya çempionatının V turu çərçivəsində keçirilən "Rubin" - "Lokomotiv" görüşündə faciə baş verib. 
 
Sportarena.az xəbər verir ki, "Rubin" klubunun azarkeşi Vyaçeslav Qriskovun oyun zamanı tribunada halı pisləşib. Həkimlər ona yardım göstərsələr də, Qriskovun həyatını xilas etmək mümkün olmayıb. Bununla bağlı klubun rəsmi saytında məlumat və baş sağlığı yerləşdirilib. 
 
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti