Ramil Quliyev Əziz Yıldırımı ağlatdı - AÇIQLAMA

15:16 11 Avqust 2017

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə yarışda qızıl medal qazanıb

 

Sportarena.az xəbər verir ki, onun üzvü olduğu “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım da həmyerlimizin uğuruna biganə qalmayıb. O, klubun telekanalına açıqlamasında Quliyevin uğuru barədə danışıb. Yıldırım onun Londonda Azərbaycan və Türkiyə üçün yarışdığını deyib:

 

“Bu gecə Ramilin əldə etdiyi uğur, basketbolda Avropa çempionu olan komandamızın uğuruna bərabərdi, hətta ondan belə üstündü. Çünki bu, fərdi yarışdı. Burdan Azərbaycan dövlətinə də təşəkkür edirəm. Ramil bu gün iki dövlət, tək millətin övladı kimi mübarizə apardı. Bizi qürurlandırdı. Hətta onun uğurunu görəndə gözlərim doldu”.


Digər xəbərlər

Xəbər xətti