Azərbaycanlı futbolçu üzr istədi - "Mənə görə komanda məğlub oldu"

Sportarena.az      20 Avqust 2018, 11:36

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, Səmədov “Spartak” - “Lokomotiv” oyununda (3:4) iki sarı vərəqə alaraq, meydandan qovulub. O, meydandan qovulana qədər komandası hesabda öndə olub. Səmədov ikinci sarı vərəqəni simulyasiyaya görə alıb:

 

“Azarkeşlərimizdən, məşqçilər korpusundan, komanda yoldaşlarımdan üzr istəyirəm. Mənə görə komanda məğlub oldu. Mən qırmızı vərəqəni haqq etmişdim. Bir daha hər kəsdən üzr istəyirəm”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin