Nazarov qol vurdu, komandası ilk qələbəsini qazandı - VİDEO

16:17 27 Avqust 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. O, 73-cü dəqiqədə komandasının ikinci qoluna imza atmaqla qələbədə xüsusi pay sahibi olub.

 

İlk qələbəsini qazanan "Ersgebirge" geridə qalan 4 turda cəmi 4 xal toplayıb və 18 klub arasında 10-cudu.

 

 


Xəbər xətti