"Qarabağ"la "Zirə"nin zirvə mübarizəsi - LAYİHƏ

17:29 30 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 
Layihə çərçivəsində 7-ci yazımızda futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunda baş verənlər barədə məlumat  verəcəyik.

 

 

"İnter"in ilk qələbəsi

 

Yeni mövsümün üçüncü turunun ilk qarşılaşması avqustun 25-də "İnter"lə "Səbail" arasında baş tutdu. İlk iki turda müvafiq olaraq "Qəbələ" və "Qarabağ"a məğlub olan Zaur Svanadzenin komandası doğma meydanda mövsümün ilk qələbəsini qazanmaq əzmində idi. "Səbail" isə ötən tur "Neftçi" üzərində qələbə qazanmaqla diqqət mərkəzinə düşmüşdü. Maraqlı, gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada qapılara cəmi 1 qol vuruldu. İlk dəqiqələrdən irəli atılan ev sahibləri istəklərinə dördüncü dəqiqədə çatdı. Kapitan Nizami Hacıyev komandasına ilk qələbəni qazandıran qolun müəllifi oldu. Sonrakı dəqiqələrdə komandaların qol vurmaq üçün fürsətləri olsa da, gah qeyri-dəqiqlik, gah da qapıçılar hesabın dəyişməsinə imkan verməyib. Matçın 63-cü dəqiqəsində Tərlan Quliyevin ikinci sarı vərəqəni alaraq meydandan qovulmasından sonra "Səbail" üstünlüyü ələ alsa da, məğlubiyyətdən xilas olmaq mümkün olmadı.

 

25 avqust
18:00 İnter - Səbail 1:0
Qol:
Nizami Hacıyev, 4.
Qırmızı: Tərlan Quliyev, 63 (ikinci sarı vərəqə).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “İnter Arena”, 1000 tamaşaçı.

 

İnter: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 7. Mirsahib Abbasov, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev 
 
Baş məşqçi:  Zaur Svanadze
 
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Sahil Mirzəyev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 98. Kamran Əliyev
 
Baş məşqçi: Samir Əliyev

 

 

Köklü amma dərdli klublar

 

Günün digər matçında isə tarixi derbi baş tutdu. Ölkənin köklü klublarından ikisi - "Neftçi" və "Kəpəz"birincilərin meydanında - "Bakcell Arena"da üz-üzə gəldilər. İlk turda məğlub olaraq son sıralarda qərarlaşan iki komandanın matçı maraq doğururdu. Elxan Abdullayevin istefasından sonra paytaxt klubunu meydana baş məşqçi əvəzi Elşad Əhmədov çıxarmışdı. Yay transfer pəncərəsi zamanı heyət baxımından ciddi dəyişikliklərə məruz qalan Gəncə təmsilçisi isə hələ də toparlana bilmirdi. Bu səbəbdən hər iki komanda ilk qələbəsini qazanıb uğursuz seriyaya son qoymaq niyyətində idi.

 

Ancaq tərəflərdən heç biri mövsümdə ilk qələbəsini qazana bilmədi. Qol vəziyyətləri sarıdan kasad keçən oyunda qapılara ümumiyyətlə qol vurulmadı. "Kəpəz" daha çox müdafiəyə meyilli futbol oynayırdısa, "Neftçi"nin futbolçuları topla daha çox oynamaqla rəqibini sıxışdırmağa çalışırdı. Bakılıların bir neçə epizodda bəxti də gətirmədi. Davud Kərimi və qapı tiri onların fərqlənməsinə imkan vermədi. Beləcə, ölkənin adlı-sanlı iki klubu heç-heçə ilə kifayətlənməli oldular.

 

20:30 Neftçi - Kəpəz 0:0
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
Bakı. 8-ci km stadionu, 1800 tamaşaçı.

 

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk , 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 10. Derlis Meza Kolli, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov
 
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 3. Mateo Mujek, 4. Rahil Məmmədov, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 97. Elnur Cəfərov
 
Baş məşqçi əvəzi: Elşad Manafov
 
Kəpəz: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 9. İlkin Sadıqov, 7. Sergey Çernışev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl
 
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 18. Tural Cəlilov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov
 
Baş məşqçi: Şahin Diniyev

 

 

"Zirə"dən 3/3


Dekabrın 26-da isə mövsümə yaxşı başlanğıc edərək ardıcıl iki qələbə qazanan "Zirə" "Sumqayıt"ı qəbul etdi. Turnir cədvəlinin lideri uğurlu seriyasını davam etdirmək əzmində idisə, mövsümə "Kəpəz" üzərində qələbə ilə başlayıb, ardınca "Qəbələ" 1:0 hesabı ilə məğlub olan "kimyaçılar" isə səfərdən xal və ya xallarla qayıtmağı planlaşdırırdılar. Oyunun ilk hissəsi Samir Abasovun istədiyi kimi keçdi. Tamaşaçıların qarşılıqlı hücumlar izlədiyi qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşdı. İkinci hissədə isə vəziyyət tamamilə dəyişdi. Fasilədən sonra ardıcıllar reallaşdıran ev sahibləri 52-ci dəqiqədə Riçard Qadzenin qolu ilə buna müvəffəq oldular. Bundan sonra hücumlarını davam etdirən "qartallar" gənc yarımmüdafiəçi Vüsal İsgəndirlinin qolu ilə üstünlüyünü daha da möhkəmləndirdilər. Bundan 17 dəqiqə sonra  dubla imza atan 21 yaşlı futbolçu komandasının qələbəsində əsas pay sahiblərindən biri oldu. Heç olmasa, təsəlli qolunu vurmaq istəyən "Sumqayıt"ın futbolçuları istəklərinə çata bilməsələr də, rəqib komandanın müdafiəçisi Jozef Bum 88-ci dəqiqədə onları avtoqolla sevindirdi. 3:1 hesablı qələbə qazanan Ayxan Abbasovun yetirmələri liderlik kürsüsündəki mövqeyini qorumağı bacardılar.

 

26 avqust
18:00 Zirə - Sumqayıt 3:1
Qol:
Riçard Qadze, 52. Vüsal İsgəndərli, 62; 78 - Jozef Bum, 88-ö/q.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə. İdman kompleksinin stadionu, 1100 tamaşaçı.

 

Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 10. Orxan Əliyev, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov
 
Baş məşqçi:  Ayxan Abbasov 
 
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 13. Bəhlul Mustafazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov
 
Baş məşqçi: Samir Abasov

 

 

Qarşısı alınmaz "Qarabağ" 

 

Günün və turun son matçı isə "Zirə"ni vahid lider edə bilərdi. Təbii ki, "Qəbələ" çempionluq yarışındakı əsas rəqibi "Qarabağ"a qalib gəlsəydi. Bəli, üçüncü turun mərkəzi matçı bu iki komanda arasında keçirildi. Ötən il ölkədaxili bütün yarışlarda Ağdam klubuna məğlub olan "qırmızı-qaralar" bu mövsüm eyni aqibəti yaşamaq istəmirlər. Bu səbəbdən hər bir matça ciddi hazırlaşan "qırmızı-qaralar" matçın keçirildiyi "Azərsun Arena"dan 3 xalla qayıtmaq fikrində idilər. Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen" səddini aşaraq tarix yazan "Qarabağ"da əhval-ruhiyyə yüksək səviyyədə olmasına rəğmən, yorğunluq da var idi. Elə bu səbəbdən Qurban Qurbanov Danimarkada meydana çıxmış bir neçə futbolçuya istirahət vermişdi. Bu, "Qəbələ" üçün sevindirici məqam olsa da, Roman Qriqorçukun yetirmələri bu fürsətdən istifadə edə bilmədilər. Belə desək, "Qarabağ"ın gənc futbolçuları bu komanda da əvəzedici heyət anlayışının olmadığını bir daha sübut etdilər. İlk hissə ev sahiblərinin ciddi üstünlüyü ilə keçsə də, qapılara qol vurulmadı. İkinci hissədə isə tamaşaçılar daha maraqlı və qollu oyun izlədilər. Tərəflərdən heç biri mövsümün əvvəlində xal itkisinə yol vermək istəmədiyindən qol və qollar vurmaq üçün cəhdlər edirdilər. İlk qol isə "Qarabağ"dan gəldi. Son günlər əla formada olan Mahir Mədətov matçın 63-cü dəqiqəsində fərqlənməklə komandasını hesabda önə keçirdi. Bu mövsümdəki üçüncü qolunu vuran forvard bombardilərlər yarışında da liderliyi ələ keçirdi. "Qəbələ"nin cavab qolu isə özünü çox gözlətmədi. Stiven Yozef Monroz 69-cu dəqiqədə tarazlığı bərpa etdi - 1:1. Mübarizənin qızışdığı vaxtda "Qarabağ" tempin aşağı düşməsinə imkan vermədi. 73-cü dəqiqədə Miçel Ağdam klubunu yenidən hesabda önə keçirdi. "Qırmızı-qaralar" yenidən hesabı bərabərləşdirməyə cəhd etsələr də, ev sahiblərinin müdafiə xətti buna imkan vermədi. Bu nəticədən sonra "Qəbələ" ilk məğlubiyyətini daddı, "Qarabağ" isə turnir cədvəlində "Zirə" ilə xallarını bərabərləşdirdi.Uğurlu mövsüm keçirən məğlubedilməz "Qarabağ"ın bu mövsüm də çempionluğa ən real namizəd olduğu görünür.

 

Bundan sonra Premyer Liqada milli komandaların DÇ-2018-in seçmə mərhələ oyunları ilə əlaqədar fasilə yarandı. Dördüncü turun oyunlarının isə sentyabrın 8-9-10-da baş tutacağı planlaşdırılır.

 

20:30 Qarabağ - Qəbələ 2:1
Qol:
Mahir Mədətov, 63. Miçel, 73 - Yozef Monroz, 69.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Suraxanı. “Azersun Arena”, 4200 tamaşaçı.

 

Qarabağ: 1. Anton Konibalotski, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov , 88. Elşən Abdullayev, 91. Coşqun Diniyev
 
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 9. Dino Ndlovu, 20. Riçard Almeyda, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 16. İbrahim Aslanlı, 19. Famil Camalov, 17. Elçin Rəhimli, 33. Eltun Turabov

 

Baş məşqçi: Qurban Qurbanov
 
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 34. Urfan Abbasov (k), 88. Tellur Mütəllimov
 
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 33. Tural Məmmərzəyev, 44. Ülvi İbazadə, 70. Ülvi İsgəndərov, 89. Abbas Ağazadə

 

Baş məşqçi: Roman Qriqorçuk

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti