“Araz”ın UEFA kubokundakı oyunlarının vaxtı açıqlandı

14:15 7 Sentyabr 2017

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində iştirak edəcək ölkə çempionu “Araz”ın oyunlarının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Deva” (Rumıniya), “Mostar” (Bosniya və Herseqovina) və “Luksol Sent-Endryus” (Malta) klublarıyla birgə H qrupunda yarışacaq təmsilçimiz ilk oyununu oktyabrın 11-də keçirəcək. Bakı vaxtıyla saat 17:30-da başlayacaq qarşılaşmada Naxçıvan təmsilçisinin rəqibi “Mostar” olacaq.

 

“Araz” növbəti gün eyni saatda Malta təmsilçisi ilə üz-üzə gələcək. Azərbaycan çempionunun qrupdakı son rəqibi isə “Deva” olacaq. Bu oyun oktyabrın 14-də, Bakı vaxtıyla saat 20:00-da başlayacaq. 

 

Xatırladaq ki, qrup mərhələsinin bütün oyunları Rumıniyanın Deva şəhərində keçiriləcək.


Xəbər xətti