Nazarov oynadı, komandası qələbə qazandı

11:35 10 Sentyabr 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "İnqolştadt"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

Ardıcıl ikinci qələbəsini qazanan "Ersgebirge" geridə qalan 5 turda 7 xal toplayıb və 18 klub arasında 9-cudu.


Digər xəbərlər

Xəbər xətti