Sportarena.az
17 Dekabr 2017

Utkin Kazbek Tuayevlə azərbaycanlı şərhçiləri tənqid etdi - "Kanallarımıza baxmayın"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus şərhçisi Vasili Utkin “Neftçi”nin veteran futbolçusu Kazbek Tuayevin fikirlərinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Tuayev “Çelsi” ilə oyundan sonra “Qarabağ”ın Çempionlar Liqası səviyyəsində komanda olmamasına dair başqa bir rus şərhçinin dediklərini tənqid edib.

 

Utkin “Sport FM” radiosunun efirində Tuayevin fikirlərinə münasibət açıqlayarkən azərbaycanlı idman teleşərhçilərini də tənqidi fikirlər səsləndirib:

 

“Onlar (azərbaycanlılar – red.) həmişə nədənsə narazıdırlar. Bilirəm ki, mənim tvitlərim Azərbaycan KİV-lərində işıqlandırılır. Onlar emosionaldırlar. Nə etmək olar. Onlar məsələn, mənim “Ararat”la bağlı tvitlərimi paylasmışdılar. Hər yerin özünün özəllikləri var. Bunları mühakimə edə bilmərik. Siz hansısa üzdə olan azərbaycanlı şərhçi tanıyırsınız ki, onların fikirlərinə Azərbaycandan kənarda önəm versinlər. Elələri sadəcə yoxdur. Onları fikirləri nəinki Azərbaycandan kənarda, heç ölkənin özündə də maraqlı deyil”.

 

İttihamlarını davam etdirən Vasili Utkin kinayə ilə bildirib:

 

“Qarabağ”ın oyunundan sonra biz bildik ki, demə, elə də işləyə bilmirik. Orada isə bütün şərhçilər hər zaman yaxşı işləməyə cəhd edirlər. Ona görə də orada yaşayan insanlar, qoy elə Azərbaycan kanallarına baxsınlar. Mən eşitdim ki, orada idmanın inkişafı ilə bağlı istiqaməti dəyişmək istəyirlər. Ümid edirəm, yaxşı inkişaf etdiriblər. Niyə onlar başqa ölkələrin kanallarına baxırlar? Bəlkə onlara heç Birinci kanalın da verilişləri xoş gəlmir. Kim bilir? Baxmasınlar. Heç kim onlara bunu məcbur etmir”.

 

Utkin bildirib ki, Azərbaycan futbolunun rəsmi nümayəndəsinin (Kazbek Tuayev nəzərdə tutulur – red.) Rusiya kanallarında nəyisə şərh etməsi yaxşı hal deyil. “Bu, axmaq tondur” deyə sözlərini tamamlayıb.

Tarix
16.09.17 [15:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio