Zirvəni əldən vermək istəməyən "Zirə", itksiz irəliləyən "Qarabağ" - LAYİHƏ

02:43 20 Sentyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində 10-cu yazımızda Azərbaycan Premyer Liqasının 5-ci turuna nəzər salacağıq. Artıq Çempionatın təqribən 20 faizə qədər hissəsi geridə qalıb. Bu turda qeydə alınan nəticələrdən sonra hansı klubların təqribən hansı mövqelər uğrunda mübarizə aparacağı qismən müəyyənləşib.

 

 

"Sumqayıt" Bakıdan xalla qayıtdı

 

5-ci turun açılış matçı sentyabrın 16-da "İnter Arena"da baş tutdu. Maddi problemlərini heç cürə həll edə bilməyən "İnter" mövsümün ən təhlükəli komandalarından biri olan "Sumqayıt"ı qəbul etdi. Matçın baş hakimi Ramil Diniyevin start fitindən dərhal sonra qonaqlar irəli atıldılar. "Sabiq bankirlər"i öz qapılarına sıxışdırmağı bacaran Samir Abasovun yetirmələri ələ düşən çoxsaylı qol imkanlarından yararlana bilmədilər. Gah "İnter"in qapıçısı Orxan Sadıqlı, gah da qeyri-dəqiq zərbələr sumqayıtlıların hesabı açmasına imkan vermədi. Matçın 5-ci dəqiqəsində "kimyaçılar"ın heyətində Amil Yunanov fərqlənməyi bacarsa da, qol oyundan kənar vəziyyətdən vurulduğundan qeydə alınmadı. Bu görüşdə heç özünə bənzəməyən "İnter" isə rəqibin bir neçə hücumundan müdafiə olunduqdan sonra tədricən irəli atılmağa başladı. İlk qol özünü çox gözlətmədi. Matçın 11-ci dəqiqəsində Sərdar Taşkın Nizami Hacıyevin künc zərbəsindən ötürdüyü topu "Sumqayıt"ın qapısından keçirməyə müvəffəq oldu. Bu qoldan sonra da müdafiə olunmağı seçən "İnter"i isə çoxsaylı imkanlara rəğmən cəzalandırmaq mümkün olmadı. Fasiləyə qədər hesab dəyişmədi.

 

İkinci hissədə də sseneri  dəyişmədi. "İnter" müdafiə olunmağa ütünlük verdisə, "Sumqayıt" hesabı bərabərləşdirmək üçün mümkün olan hər şeyi etdi. Qonaqlar istəklərini matçın 48-ci dəqiqəsində reallaşdıra bildilər. Rəşad Eyyubov müdafiəçilərin səhvindən maksimum şəkildə yararlanaraq hesabı bərabərləşdirdi. Bu qoldan sonra matçda temp yüksəlməyə başladı. Teziklə futbolsevərlər qarşılıqlı hücumlar izləməyə başladılar. "İnter" əks hücumlarda fərqlənmək üçün imkan axtarırdısa, sumqayıtlılar ələ düşən imkanları sağa-sola xərclənməklə məşğul idilər. Matçın 75-ci dəqiqəsindən sonra ev sahiblərinin uzaqdan vurduqları zərbələr rəqib qapıçı Fərhad Əliyev üçün təhlükəli olmağa başladı. Belə zərbələrdən biri matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqəyə təsadüf etdi. Pərdis Fərcad-Azadın zərbəsi qapı dirəyindən döndü. Bu, matçda yaddan qalan sonuncu hadisə oldu.

 

16 sentyabr

İnter - Sumqayıt 1:1

Qol: Sertan Taşkın, 11 - Rəşad Eyyubov, 49.

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
Hakim-inspektor: Məlik Həsənov
Bakı. “İnter Arena”, 500 tamaşaçı.

 

İnter: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev

 

Baş məşqçi: Zaur Svanadze

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

 

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov

 

Baş məşqçi: Samir Abasov

 

 

"Neftçi" yenə "Zirə"ylə bacarmadı

 

Günün digər matçında isə mösümə yaxşı göstəricilərlə başlayan "Zirə" "Neftçi"nin qonağı oldu. İlk 4 turdan sonra sadəcə 1 xal toplamaqla autsayderlərsırasında qərarlaşan "ağ-qaralar" yeni baş məşqçi Tərlan Əhmədvoun rəhbərliyi altından ilk matçına çıxırdılar. Şəxsi görüşlərdə heç vaxt "Neftçi"yə məğlub olmayan qonaqlar uğurlu seriyanı davam etdirməklə yanaşı, turnir cədvəlinin birinci sırasını itirmək istəyirdilər. Görüş gözlənildiyi kimi maraqlı alındı. İlk dəqiqələrən hər iki tərəf qol urmaq üçün irəli atıldı. Ancaq bu 17-ci dəqiqəyə qədər mümkün olmadı. Həmin vaxt Təmkin Xəlilzadənin ötürməsindən sonra Vüsal İsgəndərli hesabı açdı. Bu, onun mövsümdəki üçüncü qolu oldu.

 

Qoldan sonra da tərəflər hücumlarını davam etdirdilər. Ev sahibləri bərabərləşdirliyi təmin etməyə, qonaqlar isə hesab fərqini artırmağa fürsət axtarırdılar. Ayxan Abbasovun yetirmələri bu istəklərinə 52-ci dəqiqəsindən nail oldular. Yenə Təmkin Xəlilzadənin məhsuldar ötürmə etdi. Onun qapı qarşına göndərdiyi topu David Manqa çətinlik çəkmədən torla qovuşdurdu. "Neftçi"nin bu qola cavabı yubanmadı. Cəmi 1 dəqiqə sonra Uqo Barqas fərqi yenidən minumuma endirdi. Bundan sonra ehtiyatlı oyuna üstünlük verən "Zirə" əks hücumlara bel bağladı. "Neftçi"nin meydandakı üstünlüyü isə hesabda öz əksini tapmadı. Matç sonuncu dəqiqəsinə kimi gərgin mübarizə şəraitində keçdi. Hətta matçın 86-cı dəqiqəsində Mirabdulla Abbasovun qırmızı vərəqə alaraq meydandan qovulması belə Tərlan Əhmədovun komandasının oyununa ciddi təsir etmədi. Bununla belə, "Neftçi" məğlubiyyətdən xilas ola bilmədi. Bu, mövsüm ərzində "ağ-qaralar"ın 4-cü yenilgisi oldu. "Zirə" isə birinci sıradakı mövqeyini qorudu.

 

Neftçi - Zirə 1:2
Qol: Uqo Barqas, 53 - Vüsal İsgəndərli, 17. Riçard Qadze, 52.
Qırmızı vərəqə: M.Abbasov, 86.

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. 8-ci km stadionu, 1620 tamaşaçı
 

Neftçi: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 9. Uqo Barqas, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 12. Daniel Seqoviya

 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 17. Rəhman Hacıyev, 16. Pavel Dreksa, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov

 

Baş məşqçi: Tərlan Əhmədov

 

Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov

 

Baş məşqçi: Ayxan Abbasov

 

 

İtkisiz irəliləyən "Qarabağ"

 

Turun digər 2 görüşü isə sentyabrın 17-də keçirildi. Günün ilk matçında son ölkə çempionu "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul etdi. Ağdam klubunun baş məşçqisi Qurban Qurbanov bu görüşdə rotasiya edərək fərqli heyəti meydana buraxdı. Yeni transferlər Tarık Elyunussi və Pedro Enrike ölkə çempionatında ilk dəfə "köhlən atlar"ın formasını geyindilər. Əvəzetmədən meydana daxil olan Ramil Şeydayev də yeni klubunda debüt etmək imkanı əldə etdi. Edilən dəyişikliklər oyunun gedişatına mənfi təsir göstərmədi. Əksinə, ev sahibləri bütün oyun boyu rəqibi üzərində aşkar üstünlük əldə etdi. Elyunussi və Enrike özlərini yaxşı tərəfdən göstərmək üçün meydanda əllərindən gələni edirdilər. Onların istəkli oynamaları hücumların sayının çoxalmasına və daha da rəngarəng olmasına səbəb oldu. Matçın gedişatı hesabda da öz əksini tapdı - 2:0. "Qarabağ"ın heyətində Coşqun Diniyev və uzun müddətdi zədə səbəbilə meydanlardan kənarda qalan Dani Kintana fərqləndi. Qarşılaşmada hesab daha böyük ola bilərdi. Ancaq qonaqlarıın qolkiperi Davud Kərimi komandasını dəfələrlə qoldan xilas edə bildi. “Atlılar” keçirdikləri 4 oyundan 100 faizlik nəticə göstərərək ikinci sıradakı mövqelərini qoruyublar. Çempionlar Liqasının oyununa hazırlıq ilə əlaqədar 3-cü turdan "Səbail"lə matçı təxirə salınan son çempionu lider “Zirə”dən cəmi 1 xal geri qalır.

 

17 sentyabr

Qarabağ - Kəpəz 2:0
Qol: Coşqun Diniyev, 34. Dani Kintana, 80.

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-ispektor: Şahin Cəfərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 2800.

 

Qarabağ: 1. Anton Kanibalotski, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

 

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 19. Famil Camalov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 99. Dani Kintana

 

Baş məşqçi: Qurban Qurbanov
 

Kəpəz: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 20. Samba Dialo, 8. Viktor Oseqeyl

 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 18. Tural Cəlilov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov, 7. Sergey Çernişev, 2. Yusif Cəfərov

 

Baş məşqçi: Şahin Diniyev 

 

 

"Qəbələ" 3 xalı 3 qolla qazandı

 

Turun son matçı isə Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutdu. Debütant "Səbail" "Qəbələ"ni qəbul etdi. Son iki turda - “Qarabağ” və “Zirə” ilə görüşdə xal itkisinə məruz qalan Roman Qriqorçukun komandası vəziyyətini müəyyən qədər qəlizləşdirmişdi. Bundan sonra yol veriləcək xal itkisi komandanın çempionluq mübarizəsinə ciddi şəkildə təsir edə bilərdi. Bu səbəbdən “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə görüşə ciddi hazırlaşmışdı. Oyun başlar-başlamaz tərəflərin hücumda fəal olması matçın maraqlı keçəcəyindən xəbər verirdi. “Səbail”in futbolçuları hücum şansları əldə etmələrinə rəğmən, fürsətləri yaxşı dəyərləndirmirdilər. Qaçırılan bir neçə qol imkanından sonra “Qəbələ” matçda müəyyən qədər üstünlüyü ələ ala bildi. Əyalət komandası rəqibinin qapısı qarşısında ardı arası kəsilməyən hücumlar yaratmağa başladı. Müdafiəçilərin tamaşaçı qismində izlədiyi zərbələri qapıçı Emil Balayev təkbaşına dəf etməyə çalışırdı. 42-ci dəqiqədə ev sahiblərinin imdadına heç gənc qolkiper də çata bilmədi. Baqari Dabo reydini qolla tamamlayaraq komandasının fasiləyə üstün tərəf kimi yollanmasının səbəbkarı oldu.

 

İkinci hissənin əvvəlində hesabı bərabərləşdirmək üçün irəli atılan "Səbail"in futbolçuları matçın 56-cı dəqiqəsində buna müvəffəq oldular. Vüqar Nadirov baxımlı qolla tarazlığı bərpa etdi - 1:1. Ancaq 4 dəqiqə sonra Asif Məmmədov yenidən “Qəbələ”ni hesabda önə keçirdi. Ev sahibləri sonrakı dəqiqələrdə hesabı bərabərləşdirmək üçün əllərinə gələni etsələr də, istəklərinə nail ola bilmədilər. Təcrübəli Vüqar Nadirovun fəal oyunu da komandaya kömək etmədi. “Səbail” irəli atılarkən rəqibi əks hücumlarda yaxalamağa çalışan Roman Qriqorçukun yetirmələri matçın son dəqiqələrində buna nail oldular. Müdafiəçilərin çaşqınlığından istifadə edən Dabo özünün ikinci, komandasının üçüncü qoluna imza atdı.

 

Səbail - Qəbələ 1:3

Qol: Vüqar Nadirov, 55 - Baqari Dabo, 42; 90+3. Asif Məmmədov, 60.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. “Dalğa Arena”, 200 tamaşaçı.

Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Amirhossein Najafi, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Ürfan Abbasov

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 20. Rövlan Muradov, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

İlk 5 turdan sonra qeyd etdiyimiz kimi turnir cədvəlinə “Zirə” başçılıq. 13 xal toplayan Ayxan Abbasovun yetirmələrinin ən yaxın izləyicisi “Qarabağ”dır. Keçirdiyi 4 oyundan sonra maksimum göstəriciyə nail olan Ağdam klubu liderdən 1 xal geri qalır. Son çempionun rəqibindən 1 oyun az keçirdiyini vurğulamaq lazımdır. İlk üçlüyü 10 xalla “Qəbələ” qapayır. 4-5-ci sıraları bölüşən “İnter”lə “Sumqayıt”ın aktivində 7 xal var. 4 oyun keçirən debütant “Səbail” 3 xalla 6-cıdır. Keçirdikləri 5 oyunda cəmi 1 xal toplamağı bacaran “Neftçi” ilə “Kəpəz” son sıralarda qərarlaşıblar.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti