AÇ-2018-in püşkü atıldı - Millimiz İspaniya ilə eyni qrupda

16:25 29 Sentyabr 2017

Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək. 

 

AÇ-2018-in final mərhələsinin təqvimi də məlum olub. İlk turda istirahət edəcək yığmamız fevralın 2-də Fransa ilə qarşılaşacaq. Ayın 4-də isə Avropa çempionu İspaniya ilə görüş olacaq.

 

A qrupu

Sloveniya
İtaliya
Serbiya

B qrupu

Rusiya
Qazaxıstan
Polşa

C qrupu

Portuqaliya
Ukrayna
Rumıniya

D qrupu
İspaniya
Azərbaycan
Fransa 


Xəbər xətti