Kubokun finalı harada keçiriləcək? - AÇIQLAMA

Sportarena.az      6 Oktyabr 2018, 14:28

Azərbaycan Kubokunda 2017-2018 mövsümünün final görüşü Gəncə şəhər stadionunda keçirilə bilər.

Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, Gəncə stadionunda bir sıra problemlər var. Onlar aradan qaldırılsa, kubokun finalı orada keçiriləcək:

 

"Kubokun finalını bölgələrimizdən birində keçirməyi düşünürük. Paytaxtda nə qədər futbol olar? Tovuz şəhər stadionunun süni örtüklü olması və tribunalardakı darısqalçılıq buna imkan vermir. Gəncə rəhbərliyi stadiondakı problemləri aradan qaldırsa, 28 may Respublika günündə bayram bayrama qarışacaq. Belə fikrimiz var". 

Qeyd edək ki, Azərbaycan kubokunun final matçı 2018-ci il mayın 28-də olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin