Sportarena.az
24 Oktyabr 2017

Alesio da Silva: "Növbəti oyun ilk iki matçdan daha çətin olacaq"

12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Kubokunda ikinci oyununu keçirən və Malta çempionu “St Andreus”u 6:4 hesabı ilə məğlub edən “Araz”ın baş məşqçisi Alesio da Silva oyundan sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, 6:4 hesablı qələbə ilə bağlı bunları söyləyib:

 

“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdü, məğlub durumda olan zaman konsentrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər. Rəqibin son şansı olduğuna görə, bizimlə qarşılaşmada bütün gücünü səfərbər etdi. Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik.

 

Qrupda son oyunumuzu “Deva”ya qarşı keçirəcəyik. Bu görüş “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcək. Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidi. Üstəlik, bu oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu analiz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.

Tarix
12.10.17 [22:06]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Oktyabr
23 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio