“Araz” mübarizəni dayandırdı - YENİLƏNİB

22:14 14 Oktyabr 2017

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz qrup oyunlarına ev sahibliyi edən Rumıniya çempionu “Deva” ilə qarşılaşacaq. Bu oyunda komandamızı heç-heçə də qane edir. İlk qarşılaşmada Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci matçda isə Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edən “Araz” hazırda qrup lideridi. Rəqib isə ilk oyunda “Sent Endryus”u məğlub etsə də, “Mostar”la dueldən məğlub ayrılıb. Hazırda rəqibini 3 xal qabaqlayan təmsilçimizə qrup mərhələsini birinci pillədə başa vurmaq üçün uduzmamaq kifayətdi.

“Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi vəsiqə qazanacaq.

 

Futzal. UEFA kuboku

14 oktyabr

Araz – Deva (Rumıniya) 3:6

Qollar: K. dos Santos, 7:01, T. Thaqo, 30:33, R. Çovdarov, 38:57 // F. Matei, 5:22, 18:12, 38:16, F. İqnat, 17:06, A. Panzaru, 23:15, T. Tonita, 37:22
Sarı vərəqələr: K. dos Santos, 4:47, İ. Atayev, 38:57 // F. İqnat, 4:27, D. Stoica, 8:25
 

Araz: 1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Qabriel Bastos, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 12. Emin Kürdov (q), 17. İsa Atayev, 15. Karvalho dos Santos, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli 

 

Baş məşqçi: Alesio da Silva

 

Deva: 20. Toni Tonita (q), 2. Andrian Panzaru, 5. Marius Matei (k), 10. Kristian Obada, 14. Paul Ferreira, 1. Raul Filimon, 7. Dumitru Stoica, 8. Guiliano Zabar Kovacs, 11. Florin İqnat, 16. Sergiu Takot, 17. Alpar Ksoma, 19. Florin Matei

 

Baş məşqçi: Marko Lopez


Digər xəbərlər

Xəbər xətti