Sportarena.az
24 Noyabr 2017

Debütantlardan inamlı qələbə

12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, “ABU Arena”da baş tutan turun ilk oyununda “Yasamal” “Xəmsə” üzərində qələbə qazanıb. Kifayət qədər gərgin keçən oyunun son dəqiqəsində komandalar hərəyə bir qırmızı vərəqə almaqla yadda qalıb. Digər maraqlı məqam isə “Xəmsə”nin üç dəfə 10 metrlik zərbədən yararlana bilməməsi olub.

 

Turun ikinci oyununda (EKOL - “Marafon”) isə qollar fasilədən sonra vurulub. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, qolkiperlər hesabın açılmasına imkan verməyib. Amma fasilədən sonra debütant əbəs yerə turnir cədvəlinin zirvəsində qərarlaşmadığını göstərib. Hesabda geri düşən EKOL-un beşinci oyunçudan istifadə etməsindən də maksimum istifadə edən lider ardıcıl qollar vurub. Nəticədə debüt etdiyi Yüksək Liqada üçüncü qələbəsini qazanan “Marafon” liderliyini bir qədər də möhkəmləndirib.

 

Tura “Neftçi” İK – “FK İD Futsal” qarşılaşması ilə yekun vurulub. İlk iki oyunda yaxşı çıxış etməsinə baxmayaraq məğlub olan “FK İD Futsal” qarşılaşmaya sürətli başlayıb. Tezliklə təcrübəli Rəcəb Fərəczadə hesabı açmaqla sabiq komandasını cəzalandırıb. Debütant fasiləyə qədər daha 2 qol vurmağı bacarıb. Əvvəlcə Fərəczadə dubl etməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. Ardınca İsmayılov tabloda dəyişikliyə səbəb olub. İkinci hissədə “Neftçi”nin oyunda dönüş edəcəyini gözləmək olardı. Ancaq əks-hücumlara üstünlük verən nominal qonaqlar İbrahimxəlilovla üstünlüyünü 4 topa çatdırıb. Millinin sabiq üzvü Fərəczadə rəqibin beşinci oyunçu ilə mübarizə aparmasından istifadə edərək, qarşılaşmanın sonuna qədər het-trikini rəsmiləşdirib. “Neftçi” sona 2 dəqiqə qalmış rəqib qapısına yol tapa bilsə də, ardıcıl vurulan 2 qol təsəllidən başqa bir işə yaramayıb.

 

Xəmsə - Yasamal 4:5 (1:2)
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Kənan Məlikov.
Qollar: S. Əmirov, 5:43, 22:54, Y. Ağakərimzadə, 27:38, Ə. Həsənov, 40 (10 m.) // M. Cahandost, 1:53, 26:47, 39:23, O. Oraz, 15, R. Toloui, 28:32
Qırmızı vərəqələr: Q. İsmayılov, 39:54 // T. Mirzəyev, 39:54.

 

EKOL – Marafon Futsal 0:4 (0:0)
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Əli Cəbrayılov
Qollar: S. Çoodarzi, 29:48, S. Məmmədov, 36:44, R. Sultanov, 38:23 (p), M. Moravati, 38:49.
Qırmızı vərəqə: Ə. Abasov, 38:43.

 

Neftçi İK – FK İD Futsal 2:5 (0:3)
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Anar Fərəcov.
Qollar: M. Eybeli, 38:27, O. Baxşəli, 39:27 // R. Fərəczadə, 1:17, 5:49, 36:32, N. İsmayılov, 13:32, E. İbrahimxəlilov, 28:39.
Qırmızı vərəqə: E. Zamanov, 16:45.

Tarix
22.10.17 [14:32]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Noyabr
23 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio