Rusiya UEFA-ya müraciət etdi - AÇ-2020-nin açılış oyununa görə

14:55 26 Oktyabr 2017

Rusiya AÇ-2020-nin açılış oyununun Sankt-Peterburqda keçirilməsini istəyir.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı Rusiya Futbol İttifaqı UEFA-ya müraciət edib. Bu barədə məlumatı ittifaqın prezidenti Vitali Mutko verib:

 

“Biz Avropa çempionatının açılış oyununun Sankt-Peterburqda keçirilməsi üçün ərizəylə müraciət etmişik. Hər cür şərait yaratmağa hazırıq. Stadionumuz dünyadakı ən yaxşı arenalardan biridi”.

 

AÇ-2020-yə Avropanın 13 şəhəri, o cümlədən Bakı da ev sahibliyi edəcək.


Xəbər xətti