Çempion debütantı “taxt”dan sala biləcəkmi?

14:40 1 Noyabr 2017

Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında bu gün 5-ci turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq tura əzəli rəqiblərin dueli ilə start veriləcək. Adətən çempionatı medalçılar sırasında başa vuran EKOL və “Neftçi”nin cari mövsümə uğursuz start verməsinin bu duelə ciddi təsir etməyəcəyi dəqiqdi. Çünki hər iki tərəf əzəli rəqabətdə geri qalmaq niyyətində deyil.

 

“Yasamal”ın istirahət edəcəyi turda ikinci matçda aktivində xal olmayan “Xəmsə” ilə debütant “FK İD Futsal” münasibətlərinə aydınlıq gətirəcək. Hərçənd autsayder uduzduğu matçların heç birində zəif təsir bağışlamasa da, oyun intizamından qopması nəticədə əks olunur. Debütant isə oyuna itki ilə çıxacaq. Kapitan və əsas qapıçı Ramin Həsənzadənin zədəli olması komandası üçün ciddi itkidi.

 

Tura liderlərin dueli ilə yekun vurulacaq. Özünü heç də debütant kimi aparmayan və turnir cədvəlinin zirvəsində qərarlaşan “Marafon Futsal” bu dəfə çempionatın aşkar favoriti “Araz”la gücünü sınayacaq. Düzdü, son çempion bir oyun az keçirdiyindən, ikinci pillədə qərarlaşıb, amma yenidən zirvəyə yüksəlmək üçün əla fürsət olacaq. UEFA kubokundakı uğursuzluğu daxili yarışda unutdurmaq istəyən Alesionun yetirmələrinin Elşad Quliyevin “drujina”sından nə qədər güclü olduğunu 40 dəqiqəlik mübarizə ortaya çıxaracaq.

 

Futzal: Yüksək liqa, 5-ci tur

1 noyabr

14:30 EKOL - Neftçi İK 
16.00 Xəmsə - FK İD Futsal 
17.30 Araz - Marafon Futsal


Digər xəbərlər

Xəbər xətti