"Araz" "Neftçi" ilə bacarmadı

10:31 8 Noyabr 2017

Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış oyununda “Yasamal”la “FK.İD.Futsal” qarşılaşıb. “FK.İD.Futsal” rəqibini 10:3 hesabıyla yenib. Turun ikinci oyunu gərginliyi seçilib. 8 qolun vurulduğu oyunda “Xəmsə” EKOL-a uduzub – 3:5.

 

Turun son oyununda əzəli rəqiblər üz-üzə gəlib. “Neftçi” ilə oyunda “Araz”ın baş məşqçisi Alesio da Silva və əsas oyunçularından Edurado cəzalı olduğundan, qarşılaşmanı tribunadan izləyib. Matç sürətli hücumlarla başlayıb. Ancaq bununla belə, qarşılaşmanın sonunda qalib müəyyənləşməyib.
 

Rəqiblər hərəyə 2 qol vursa da, bu, qələbə üçün yetərli olmayıb.
 
Yüksək liqa, VI tur
 
“Yasamal” FK – “FK.İD.Futsal” – 3:10
Qollar: M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 – A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28
 
“Xəmsə” – EKOL – 3:5
Qollar: Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 – R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25
 
“Araz” – “Neftçi” İK – 2:2
Qollar: Q. Bastos, 25:40, M.da Silava, 31:30 – T.Qurbanov, 11:10, M. Katebi, 39:38


Digər xəbərlər

Xəbər xətti