Zidan Ramosu Kiprə aparmadı

16:20 20 Noyabr 2017

“Real"ın müdafiəçisi kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək oyunda iştirak etməyəcək.

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. La Liqanın 12-ci turunda “Atletiko” ilə oyunda burnundan zədələnən müdafiəçi Kiprə yollanacaq heyətdə yer almayıb. Baş məşqçi Zinəddin Zidan təcrübəli futbolçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, APOEL – “Real” oyunu noyabrın 21-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti