Millimizin baş məşqçisinin brifinqi olacaq

12:30 28 Noyabr 2017

 

Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, dekabrın 1-nə qədər paytaxtda hazırlıq keçəcək millinin noyabrın 30-da, Bakı İdman Sarayında keçiriləcək və saat 17:00-da başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. 

 

Həmçinin yığmamızın baş məşqçisi Joze Alesio da Silva və bir neçə futzalçının iştirakı ilə brifinq təşkil olunacaq.


Xəbər xətti