Premyer Liqa ilə Birinci Divizion arasındakı uçurum - LAYİHƏ

21:13 30 Noyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.

 
Layihə çərçivəsində altıncı yazımızda Azərbaycan Premyer Liqasının 13-cü turuna və ölkə kubokunun 1/8 final mərhələsində baş tutan görüşlərə nəzər salacağıq.

 

 

Gəncədə özünü qonaq kimi aparmayan "Qəbələ"

 

Öncə başlayaq Premyer Liqamızdan. Ölkə çempionatının 13-cü turu Gəncədə başladı. Nizami yurdunun təmsilçisi "Kəpəz" çempionluğa iddialı "Qəbələ"ni qəbul etdi. Bu görüş Şahin Diniyevin məlum istefasından sonra baş məşqçi postuna gətirilən Yunis Hüseynov yeni komandasında ilk matçı idi. Bu səbəbdən görüşə maraq böyük idi. Futbol ictimaiyyəti gəncəli mütəxəssisin rəhbərliyi altında komandanın toparlanacağını düşünürdü. Sən saydığını say, "Qəbələ" də qolları saysın. Bəli, düz oxuduz, Roman Qriqorçukun yetirmələri qonaq olduqları meydanda ev sahiblərinə divan tutdular desək, yanılmarıq. Açığı, "qırmızı-qaralar"ı  qonaq kimi təqdim etməyə adamın "qələmi" də gəlmir. Hakimin start fitinsən cəmi 26 saniyə sonra rəqibini məyus edən komandanın qonaq olduğuna kim inanar? Hələ "Qəbələ"nin görüş ərzində ümumilikdə 6 dəfə fərqləndiyini nəzərə alsaq, Qriqroçukun futbolçularını qonaq hesab etmək ağır olar. "Kəpəz"in vurduğu bir qol nəinki azarkeşlər, hətta komanda üçün belə təsəlli olmadı.

 

Bu görüş xüsusi edən amillərdən biri də mövsümün ən böyük hesablı qələbəsinin qeydə alınması idi. "Qırmızı-qaralar"ın forvardı Baqali Dabo da komandası kimi mövsümə damğasını vurdu. Fransalı hücumçu 26-cı saniyədə fərqlənməklə mövsümün ən erkən qolunu vurdu. Dabo eyni zamanda, görüş ərzində dubl etməklə mövsümdəki qolların sayını 8-ə çatdırdı. O, bununla bombardirlər yarışında zirvədə yerini möhkəmləndirdi.  "Qəbələ" isə bu qələbə ilə "Zirə"dən ikinci pilləni təhvil aldı. Bəli, artıq ikinci sıranın sahibi Qriqorçukun rəhbərlik etdiyi komandadır. Bunun səbəbi barədə biraz sonra məlumat verəcəyik.

 

Kəpəz - Qəbələ 1:6

Qollar: Kərim Diniyev, 56-pen - Baqali Dabo, 1; 54. Stiven Monroz, 14. Famussa Kone, 40; 78. Ruslan Qurbanov, 65.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu, 14:30

 

Kəpəz: 1.Davud Kərimi, 4. Şəhriyar Əliyev (k), 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 16. Azər Məmmədov, 24. Məhəmməd Qurbanov, 9. İlkin Sadıqov

 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 20. Samba Dialo, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 26. Ba Mansur Aladji, 17. Əli Səmədov, 2. Yusif Cəfərov

 

Baş məşqçi: Yunis Hüseynov

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k), 45. Famussa Kone

 

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun

 

Baş məşqçi: Roman Qriqorçuk

 

 

Nə günlərə qaldın, "Keşlə"?!

 

Günün digər oyununda "Neftçi" heç də yaxşı günlərini yaşamayan "Keşlə"ni qəbul etdi. İkinci dövrədə nəinki qələbə hətta xal üzünə həsrət qalan qonaqların bu görüşdə uğursuz oyunlar seriyasına son qoyacağı inandırıcı deyildi. Çünki son iki oyunda "Zirə" (0:1) və "Qəbələ"yə (2:3) məğlub olmasına rəğmən, "ağ-qaralar" yaxşı formada idilər. Elə görüşün ilk dəqiqələrindən bu məqam özünü biruzə verdi. Tərlan Əhmədov ilk qolu matçın 34-cü dəqiqəsində Mirabdulla Abbasovun sayəsində vurmağına rəğmən, rəqibi qarşısında üstün olan tərəf idi. İqnasio Herreranın 51-ci dəqiqədə vurduğu qol matçın müqəddarıtını artıq həll etmişdi. Adrian Skarlatakenin 69-cu dəqiqədə fərqlənməsi vəziyyəti "Keşlə"nin xeyrinə dəyişmədi. Əskinə, sürüşkən hesaba rəğmən, hücumlarına ara verməyən "Neftçi" 89-cu dəqiqədə Ruslan Abışovun vurduğu qol sayəsində 3 xalı təmin etdi - 3:1. Bu qələbə flaqmanın turnir cədvəlindəki mövqeyinə ciddi təsir göstərməsə də, xal ehtiyatının yaxşılaşmasına səbəb oldu.

 

Neftçi - Keşlə 3:1

Qollar: Mirabdulla Abbasov, 34. İqnasio Errera, 51. Ruslan Abışov, 89- Adrian Skarlatake, 69.    

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov 
Hakim-inspektor: Asim Xudiyev
Bakı. 8-ci km stadionu, 600.

 

Neftçi: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 26. Ömər Buludov, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera

 

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek, 9. Uqo Barqas, 20. Elnur Süleymanov

 

Baş məşqçi: Tərlan Əhmədov

 

Keşlə: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev

 

Baş məşqçi: Ramiz Məmmədov

 

 

Sumqayıtda "sükut"

 

"Neftçi"nin qarabaqara izlədiyi "Sumqayıt" isə bu tur "Səbail"i qəbul etdi. Bu görüş hər iki komanda üçün vacib idi. "Kimyaçılar" "Neftçi"dən uzaqlaşmaq barədə düşünürdüsə, qonaqlarda vəziyyət əksinə idi. Samir Əliyevin yetirmələri qələbə qazanmaqla Avropa Liqasına vəsiqə verən 4-cü sıraya və qonşu - 5-ci pillədə qərarlaşan "ağ-qaralar" daha da yaxınlaşmağı planlaşdırırdılar.

 

Görüş maraqlı mübarizə şəraitində keçdi. Tərəflərin hər biri qalib gəlmək üçün mümkün olan hər şeyi edirdi. "Səbail"in azacıq üstünlüyü şəraitində keçən qarşılaşmada futbolçular saysız-hesabsız qol vəziyyətlərindən yararlana bilmədilər. Bunun nəticəsində 90 dəqiqə ərzində tablodakı sıfırlar dəyişmədi. 

 

Sumqayıt - Səbail 0:0

Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. Şəhər stadionu, 1326 tamaşaçı.

 

Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 90. Ramil Həsənov

 

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 11. Ehtiram Şahverdiyev, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 39. Tural Bayramlı

 

Baş məşqçi: Samir Abasov

 

Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 11. Elman Taqayev, 17. Vüqar Nadirov (k), 18. Adrian Popoviçi, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 99. Maudo Jarjue

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Amit Quluzadə, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 98. Kamran Əliyev

 

Baş məşqçi: Samir Əliyev

 

 

"Qarabağ"dan vacib qələbə

 

Turun son görüşündə isə "Zirə" doğma azarkeşləri önündə "Qarabağ"la qarşılaşdı. Bu matç hər iki komanda üçün çox önəmli idi. Qəsəbə təmsilçisinin qələbə üçün az da olsa, ümidləri var idi. Buna səbəb tərəflər arasındakı ilk görüşdə səfərdə qeyd alınan heç-heçə (0:0) və Ayxan Abbasovun komandasının bu dəfə doğma azarkeşləri önündə "Qarabağ"ı qəbul etməsi idi.

 

Matçın əvvəli "Qarabağ"ın diqtəsi ilə keçdi. Qurban Qurbanovun yetirmələri bunun nəticəsində 2 dəfə fərqlənməyə müvəffəq olub. Görüşün 22-ci dəqiqəsində Riçard Almeyda, bundan 4 dəqiqə sonra Dino Ndlovu "Zirə"ni məyus etdi. Bu qollardan sonra müəyyən qədər toparlanmağa çalışan "Zirə" qol istəyinə ikinci yarıda çata bildi. 51-ci dəqiqədə Vüsal İsgəndərli fərqi minimuma endirdi. Ancaq ağdamlıların bu qola cavabı çox gecikmədi. 12 dəqiqə sonra Mahir Mədətov hesab fərqini yenə 2 topa çatdırdı. Buraxılan üçüncü qoldan sonra da ruhdan düşməyən ev sahibləri hücumlarını davam etdirdilər. Ayxan Abbasovun yetirmələri qısa zamanda - cəmi 5 dəqiqə sonra Riçard Qadzenin qolu sayəsində fərqi azaltmağa müvəffəq oldu. Matçın sonrakı dəqiqələri gərgin və qarşılıqlı mübarizə şəraitində keçsə də, azarkeşlər başqa qol görə bilmədilər. Görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatdı.

 

Zirə - Qarabağ 2:3

Qollar: Vüsal İsgəndərli, 51. Riçard Qadze, 67 - Riçard Almeyda, 21. Dino Ndlovu, 26. Mahir Mədətov, 62.

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov  
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə. İdman kompleksinin stadionu, 1200 tamaşaçı.

 

Zirə: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev

 

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. David Manqa, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov

 

Baş məşqçi: Ayxan Abbasov

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 99. Dani Kintana

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Qəbələ" irəliləlidi, "Qarabağ" zrivədə möhkəmləndi


Bu qələbə "Qarabağ" üçün çox faydalı oldu. Belə ki, 13 turdan sonra 31 xal toplayan Ağdam klubu artıq üçüncü sıraya enən "Zirə"dən 4 xal öndədi. Son illərin çempionunu ikinci olan "Qəbələ"dən 3 xal ayırır. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqiblərinə nisbətən bir oyun az keçirib. "Səbail"lə təxirə salınmış görüş baş tutduqdan sonra "Qarabağ"ın xal ehtiyatı daha da yaxşılaşa bilər ki, bu da rəqiblər üçün heç də arzuolunmaz hal deyil.

 

Sonrakı üç komanda - "Sumqayıt", "Neftçi" və "Səbail" Avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda mübarizə apara bilərlər. Sonuncuların fəaliyyətinin 3 ili tamam olmadığından onların avrokuboklarda iştirakı mümkünsüzdür. Buna baxmayaraq, komandanın dördüncü yer uğrunda mübarizə aparması imic baxımından önəmlidir.

 

Son pillələrdə qərarlaşan "Keşlə" və "Kəpəz" isə mövcud vəziyyətlərini dəyişmək üçün yollar axtarır. Bu komandaların daha yaxşı çıxış etməsi qış fasiləsindən sonra mümkün görünür. Fasiləyə qədər isə 2017-ci ili major notlarla başa vurmaq lazımdır. Bu isə onlar üçün heç də asan deyil.

 

 

Premyer Liqa klubları bu qədər güclüdür?

 

Noyabrın 28-i və 29-da Ölkə kubokunun 1/8 final mərhələsinin görüşləri də keçirildi. Püşkə əsasən, Premyer Liqa klublarının hamısı Birinci Divizion təmsilçiləri ilə üz-üzə gəldi. Baş tutan bütün görüşlərdə elita təmsilçiləri qələbə qazandılar. Bu favoritlərin qələbəsi kimi qiymətləndirilə bilər. Amma digər tərəfdən üzücü məqamlar var. Onlardan biri də Premyer Liqa və Divizion arasındakı səviyyə fərqidir. Elə bunun nəticəsidi ki, baş tutan görüşlərdən 6-da yüksəl liqa komandaları 3 və daha böyük top fərqi ilə qələbə qazandılar. Yalnız birincilərin lideri "Qaradağ Lökbatan" və "Şüvəlan" rəqibləri mübarizədə top atəşinə tutulmadılar. Lökbatan təmsilçisi "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışsa da, ustalıq səviyyəsi hesabına Ağdam klubu 2:0 hesablı qələbəyə sevindi. "Şüvəlan" isə "Səbail"lə matçda hesabı açan tərəf oldu. Hətta Aqil Nəbiyevin yetirmələri bəzi məqamlarda rəqibindən daha üstün oyun sərgiləsə də, hesab arasındakı fərqi artırmaq mümkün olmadı. "Sarı-qaralar" bunun cəzasını ikinci hissədə çəkdilər. "Səbail" vurduğu ardıcıl qollarla 1/4 finala vəsiqə qazandı.

 

Baş tutan görüşlərdə ən böyük hesablı qələbələri "Qəbələ" ilə "Neftçi" qazandı. "Qırmızı-qaralar" "Mil-Muğan"ı 8:0, paytaxt təmsilçisi isə "Zaqatala"nı 5:0 hesabı ilə darmadağın etdi. "Sumqayıt" - "Sabah", "Kəpəz" - "Binə", "Zirə" - "Xəzər" görüşlərində isə birincilər eyni - 3:0 hesablı qələbəyə sevindilər. Baş tutan 8 Premyer Liqa - Birinci divizion qarşıdurmasında qapılara 30 qol vuruldu. Bunlardan sadəcə biri aşağı dəstə komandalarının payına düşdü. İndi səviyyə fərqini özünüz təsəvvür edin. Bu rəqəmlər çox şeydən xəbər verir.

 

Azərbaycan kuboku, 1/8 final mərhələsi

28 noyabr

Qarabağ - Qaradağ Lökbatan 2:0

Qollar: Əfran İsmayılov, 57. Pedro Enrike, 81.
Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Suraxanl. “Azersun Arena”

 

Neftçi - Zaqatala 5:0

Qollar: Daniel Seqoviya, 8; 35; 54. Uqo Barqas, 50-p. Emin Mahmudov, 59
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. 8-ci km stadionu

 

29 noyabr

MOİK - Keşlə 0:3

Qollar: Adrian Skarlatake, 41. Mirsahib Abbasov, 65. Rafael Məhərrəmli, 80.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

Kəpəz - Binə 3:0

Qollar: İlyas Səfərzadə, 65; 71. Şəhriyar Rəhimov, 82.

Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Dalğa Arena”

 

Şüvəlan - Səbail 1:2

Qollar: Orxan Həsənalıyev, 10 - Aslan Hüseynov, 57. Ayron Stati, 78.

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. “AZAL Arena

 

Qəbələ - Mil-Muğan 8:0

Qollar: Cavid Hüseynov, 30. Ruslan Qurbanov, 42. Filp Ozobiç, 45; 58; 85. Ülvi İsgəndərov, 62. Ekiqo Ehiosun, 73. Hacıağa Hacıyev, 84.

Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elman Kərimov, Kərim Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu

 

Zirə - Xəzər 3:0

Qollar: Vüsal İsgəndərli, 58; 83. Orxan Əliyev, 80.

Hakimlər: Orxan Məmmədov, Roman Vasilyev, Məmmədəli Kərimov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə. İdman kompleksinin stadionu

 

Sumqayıt - Sabah 3:0

Qollar: Kamal Mirzəyev, 49. Amil Yunanov, 68; 73.

Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. Şəhər stadionu

 

Azarkeşlər bu mərhələdən fərqli olaraq 1/4 finalda daha maraqlı cütlükləri izləmək imkanına sahib olacaqlar. 2 görüşdən ibarət olacaq mərhələnin görüşləri dekabrın 10-11-də keçiriləcək. Ən gərgin görüşlər isə "Zirə" ilə "Neftçi" arasında keçiriləcək. "Ağ-qaralar" Premyer Liqada bata bilmədiyi qəsəbə komandasına kubok görüşlərində şans vermir. Ötən mövsüm məhz bu mərhələdə "Neftçi"yə məğlub olaraq mübarizəni dayandıran "Zirə" revanş almaq barədə düşünə bilər.

 

Mərhələnin digər cütləri isə belədir:

Azərbaycan kuboku, 1/4 final
10-11 dekabr

Qəbələ - Səbail
Keşlə - Kəpəz
Zirə - Neftçi
Qarabağ - Sumqayıt

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti