Joze Alesio: "Bunu bəhanə kimi qeyd etmirik”

11:44 4 Dekabr 2017

“İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib. İranda keçirilən beynəlxalq turnirdə meydan sahibləri ilə qarşılaşan yığmamız matçdan 3:3 hesablı bərabərliklə ayrılıb. Qarşılaşma başa çatdıqdan sonra AFF-nin mətbuat xidmətinə açıqlama verən braziliyalı mütəxəssis fikirlərini bölüşüb:

 

“Maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı matçın şahidi olduq. Hesab da oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdı. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”. 


Xəbər xətti