Yüksək Liqanın oyun günündə dəyişiklik

14:58 8 Dekabr 2017

Futzal üzrə ölkə çempionatının 10-cu turunun oyunları əvvəlcədən açıqlandığı kimi, dekabrın 12-də yox, ertəsi gün keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək turun ilk oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.

 

Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

 

Yüksək Liqa, 10-cu tur

13 dekabr

14:30 Marafon Futsal - EKOL
16:00 Yasamal FK - Xəmsə
17:30 FK.İD.Futsal - Neftçi İK 


Xəbər xətti