Buffon zədələndi - Bu gün oynamayacaq

16:33 9 Dekabr 2017

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının 16-cı turunun "İnter"lə oyununu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiperin adı zədə səbəbindən sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Yuventus" - "İnter" matçı bu gün keçiriləcək.


Xəbər xətti