"Milan"da maliyyə problemi - UEFA sanskiyalar tətbiq edəcək

18:28 12 Dekabr 2017

“Milan” klubu UEFA ilə ciddi problem yaşayır.

 

Sportarena.az xəbər verir ki, “Milan” UEFA-nın maliyyə feyr-pleyi ilə bağlı tələblərini yerinə yetirə bilmir. Buna görə də ciddi sanksiyalarla üzləşə bilər. Klubun baş direktoru Marko Fassone bildirib ki, bu tələbləri yerinə yetirmək mümkün deyil:

 

“Biz UEFA ilə könüllü müqavilə bağlamağa cəhd göstəririk. Çünki onların tələblərini yerinə yetirmək mümkün deyil. UEFA-nın bir neçə tələbi var ki, onları reallaşdıra bilmərik.

 

Bunlardan biri könüllü müqavilə bağlanana qədər borcların silinməsidi. Digər tələb isə bank təminatı ilə bağlıdı. Belə tələblər auksionerləri narahat edir. Ancaq ümid edirik ki, UEFA bizim təklifimizi nəzərə alacaq.

 

Əks təqdirdə, bizim yolumuzla gedənlər anlayacaqlar ki, hər şey mənasızdı. UEFA təklifimizi qəbul etməsə, biz qanunu pozmuş sayılacağıq. Ona görə də növbəti mövsümdə bizə sanksiyalar tətbiq olunacaq”.


Digər xəbərlər

Xəbər xətti