Azarkeşlər Donnarummanı ağlatdı - "Rədd ol, artıq bizim səbrimiz tükəndi!” - FOTO

14:19 14 Dekabr 2017

“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya kubokunda “Verona” ilə keçirilən oyundan əvvəl azarkeşlərin etirazı ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, fanatlar Donnarummanı təhqir edən banner açıblar. Bannerdə belə yazılıb: “Mənəvi zorakılığa görə, bir ilə 6 milyon avro. Rədd ol, artıq bizim səbrimiz tükəndi!”

 

Fanatların belə hərəkəti qapıçıya pis təsir edib. O, paltardəyişmə otağında hönkür-hönkür ağlayıb. Onu kapitan Leonardo Bonuççi sakitləşdirməyə çalışıb.

 

Bir müddət əvvəl məlumat yayılmışdı ki, qapıçı ilə PSJ ciddi maraqlanır. Məlumata görə, PSJ futbolçunun agenti Mino Rayola ilə danışıqlara başlayıb. Qapıçı yayda da komandanı tərk etmək fikrinə düşmüşdü. Ancaq klub rəhbərliyi onun çətinliklə komandada saxlmışdı.

 

 


Digər xəbərlər

Xəbər xətti