Nazim Süleymanov "Əfsanələrin oyunu"nda - FOTOLAR

Sportarena.az      17 Dekabr 2018, 15:54

Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov Vladiqafqazda “Əfsanələrin oyunu”nda iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Süleymanov sabiq klubu “Alaniya”nın çempion olmuş heyətində Osetiya yığmasına qarşı oynayıb. Osetiya yığmasının heyətində hazırda Rusiyanın müxtəlif klublarında karyeralarını davam etdirən futbolçular yer alıb.

“Spartak” stadionunda keçirilən şou xarakterli matçı 12 min azarkeş izləyib. “Alaniya”nın veteranlardan ibarət komandasında Süleymanovla yanaşı Mircolal Kasımov, Anatoli Kanişev, Gerogi Bazzayev, Vitali Çoçiyev kimi keçmiş ulduzlar forma geyiniblər.

“Əfsanələrin oyunu” 5:5 hesablı bərabərliklə başa çatıb. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin