Növbəti turun hakim təyinatları açıqlandı

23:42 18 Dekabr 2017

Sabah futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, tura iddialıların dueli ilə start veriləcək. Belə ki, hazırda turnir cədvəlinə başçılıq edən “Araz” ən yaxın izləyicisi “Marafon Futsal”la gücünü sınayacaq. Turun ikinci oyununda əzəli rəqiblər – “Neftçi” ilə EKOL üz-üzə gələcək. Son oyunda isə “FK. İD. Futsal” “Xəmsə” ilə qarşılaşacaq.

 

Artıq bu oyunlar üçün təyinatlar da açıqlanıb. Həmin təyinatları təqdim edirik:

 

Yüksək Liqa,12-ci tur
19 dekabr

Marafon Futsal – Araz (CBC Sport)
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı İdman Sarayı. Saat 14:30

 

Neftçi İK – EKOL
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
Bakı İdman Sarayı. Saat 16:00

 

FK.İD.Futsal – Xəmsə
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aydın Gözəlov
Bakı İdman Sarayı. Saat 17:30


Digər xəbərlər

Xəbər xətti