Kaka "Milan"a qayıdır?

17:32 20 Dekabr 2017

Bir neçə gün əvvəl karyerasını bitirən braziliyalı Kaka direktor qismində "Milan"a qayıda bilər.
 
Sportarena.az xəbər verir ki, "Milan"ın baş direktoru Marko Fassone açıqlamasında bu barədə fikir bildirib:
 
"15 gün əvvəl Kaka və atası ilə əlaqə saxladıq. Onun öz gələcəyini və bizim "Milan"ın gələcəyini necə görməyimizlə bağlı fikir mübadiləsi apardıq. O, nə edəcəyinə qərar vermək üçün bir aylıq möhlət götürdü. Düşünürəm ki, biz Miladdan əvvəl bir daha qarşılaşacağıq. Yalnız bir-birimizə xoşbəxt bir Milad arzulamaq üçün deyil, həm də geri qayıda biləcəyini öyrənmək üçün".


Digər xəbərlər

Xəbər xətti