Buffon bu gün oynamayacaq

17:04 23 Dekabr 2017

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının 18-ci turunda "Roma" ilə oyunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiperin zədəsinin bərpası hələ də davam edir. Bu səbəbdən o, İtaliya derbisini də buraxacaq.

 

Qeyd edək ki, "Yuventus" - "Roma" görüşü bu gün Bakı vaxt ilə saat 23:45-də başlayacaq.


Xəbər xətti