Ağır atletika üzrə xatirə turniri başa çatdı - VİDEO

Sportarena.az      26 Dekabr 2018, 23:38

Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turniri başa çatb.

 

Sportarena.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak ediblər.

 

Son olaraq 77, 85, 94, 105 və +105 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Müvafiq olaraq, Alxasov Əlimərdan, Mirzəyev Sənan, Nəzərov Əliş, Bayramlı Ümidvar və Kolayev Asxab qızıl medala sahib çıxıblar.

 

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

 

Yarışda uğur qazanan bütün atletləri təbrik edirik!

 

77 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Alxasov Əlimərdan Lerik Zirvə 75.70 120 147 267
2. Həsənov Səbuhi Bakı Neftçi 76.00 98 115 213
3. Şəmmədov Səbuhi Goranboy Zirvə 72.80 95 117 212
4. Babayev Səxavət Şamaxı Zirvə 71.00 90 117 207
5. Hüseynov Şəhriyar Lerik Zirvə 69.40 87 110 197
6. Yusifov Murad Goranboy Zirvə 72.80 75 95 170

 

85 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Mirzəyev Sənan Bakı Spartak 81.10 125 145 270
2. Məmmədli Əli Lənkəran Zirvə 81.40 122 145 267
3. Qocayev Həmid Bakı Spartak 79.10 115 130 245
4. Quliyev Əli Goranboy Zirvə 77.80 93 116 209

 

94 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Nəzərov Əliş Bakı Təhsil 92.20 112 120 232

 

105 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Bayramlı Ümidvar Bakı Təhsil 97.20 124 152 276

 

+105 kq

N Adı Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Kalayev Asxab Bakı Neftçi 129.6 130 156 286

 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin