Sportarena.az
17 Yanvar 2018

İlin ən yaxşıları mükafatlandırıldı - FOTOLAR + VİDEO

12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 29-da AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 2017-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

 

Sportarena.az xəbər verir ki, mərasimdə AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, federasiyanın Rəyasət Heyətinin üzvləri, həmçinin il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri və digər mütəxəssislər iştirak ediblər.


AAAF-ın vitse-prezidenti Tofiq Heydərov çıxış edib. O, ağır atletika üçün arxada qalan ili dəyərləndirib, vacib il olduğunu qeyd edərək əldə olunan uğurlar barədə danışıb. Heydərov Bakıda keçirilən IV İslam Oyunlarında komandamızın üzvlərinin 1 qızıl və 3 bürünc medal qazanması, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyində yığmamızın yekun və yüksək 9-cu pillədə qərarlaşmaqla gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmasını, həmçinin sentyabrda Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində yığmamızın medal sayına görə 1-ci pillədə qərarlaşmasını fərqləndirərək bunun böyük uğur olduğunu bildirdi. Vitse-prezident qeyd edib ki, 2017-ci ildə ağır atletikanın maddi-texniki bazasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqüamətində böyük addımlar atılıb, Astarada, Bakıda və bakıətrafı rayonlarda, Qobustanda və digər yerlərdə yeni zalların tikintisi həyata keçirilib, mövcud bazalarda əsaslı təmir-bərpa işləri aparılıb. Tofiq Heydərov federasiyanın ölkədaxili yarışların təşkilini daha yüksək səviyyədə təşkilinə nail olduğunu da əlavə edib. Sonda anti-dopinq siyasətinin tətbiqi, bu mübarizədə böyük uğurlar nail olunduğunu, ağır atletikanın əsas problemlərindən birinin həlli istiqamətində ciddi addımlar atıldığını bildirən vitse-prezident, yeni yaradılan Azərbaycan Milli Anti-Dopinq Agentliyinin fəaliyyətini təqdir edib.

 

Sonra 2017-ci ildəki fəaliyyət və nailiyyətlərinə görə ilin ən yaxşı idmançı, məşqçi və hakimləri xüsusi xatirə plaketi və hədiyyələrlə təltif edilib. AAAF-ın seçiminə əsasən qaliblər aşağıdakılardır:

 

– İlin ən yaxşı idmançısı
1. Səbinə Əzimova
2. Rövşən Fətullayev
3. Elnarə Abbasova
4. Hüseyn İsmayılov
5. Rüstəm Qasımov
6. Tarmenxan Babayev
7. Rəhman Kazımov
8. Elşən Məmmədov
9. Məhəmməd Məmmədli
10. Kənan Xəlilov

 

– İlin kəşfi (idmançı)
1. Selcan Qarayeva

 

– İlin məşqçisi
1. Asif Məmmədov
2. Taleh Hüseynov
3. Şəfi Hüseynov

 

– İlin hakimi
1. Azad Mustafayev

Sonda idmançılardan Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Elnarə Abbasova, məşqçilərdən Şəfi Hüseynov, Turan Abdullayev və Toğrul Məmmədliyə mənzil sertifikatları təqdim edilib.

 

 

 

 

 

 

 

 

Tarix
30.12.17 [16:21]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Yanvar
16 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio