"Neftçi"nin sabiq futbolçusu: “Ruslan Abışova dedim ki, ateistəm"

12:58 18 Yanvar 2018

Bir müddət əvvəl "Neftçi"dən ayrılan Pavel Dreksa Çexiya mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı çexiyalı müdafiəçi Azərbaycandakı günlərindən danışıb:

 

"Zdenek Folprext Bakıdan getdi və tək çexiyalı kimi orda mən idim. Ailəmlə söhbətləşirdim, başqa kimsəm qalmamışdı. Mən "Neftçi"yə keçəndə vəziyyət bir o qədər yaxşı deyildi. Əvvəllər əsas heyətə düşə bilirdim. Sonra klubda baş verən dəyişiklərdən sonra komanda toparlandı. Yeni baş məşqçi özü ilə yeni futbolçular gətirdi. Nə etmək olardı? Buna görə də, qayıtdım. Amma mənim üçün yaxşı il oldu”.

 

Dreksa "ağ-qaralar"ın kapitanı Ruslan Abışovla arasında yaşanan maraqlı hadisəyə də toxunub:

 

"Çexiyada müsəlmanların elə də çox olmadığını bilirik. Zdenek getdi və mən kapitanımız Ruslan Abışovla bir otaqda qalırdım. Ruslana dedim ki, ateistəm və o, həmin gecə məni danışdırmadı. Abışov qatı müsəlmandı və hər gecə Allaha dua edir. Tək o yox, bir çoxu məni başa düşmürdü.

 

Məni daha çox onların həyat tərzi maraqlandırır. Təbii ki, Avropada baş verənlər haqda danışırdıq. Onlar məni inandırdılar ki, İslamın adından istifadə edib, pis əməllər törədənlər din adı altında gizlənənlərdi. Sevinirəm ki, Azərbaycana getdim və müsəlmanların mədəniyyəti, həyat tərzi ilə tanış oldum”.


Digər xəbərlər

Xəbər xətti