Malyarov: “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi oynayır”

Sportarena.az      18 Yanvar 2018, 14:38

“Qarabağ” dünən Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Rusiyanın “Kuban” klubuyla qarşılaşan Qurban Qurbanovun yetirmələri matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

 

Sportarena.az xəbər verir ki, oyunda komandasının hər iki qoluna imza atan “Kuban”ın futbolçusu Nikita Malyarov qarşılaşmadan sonra klubun saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin ünvanına xoş sözlər deyib:

 

“Rəqib yaxşı komanda idi. Onlar Çempionlar Liqasında çıxış ediblər. “Roma”, “Çelsi”, “Atletiko” kimi komandaların yer aldığı qrupda 2 xal toplayıblar. Maraqlı oyun tərzləri var. Bizim üçün bu komanda ilə oynamaq çətin idi. Xüsusilə, ilk hissədə. Xosep Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayırdılar. Onlarla qarşılaşmaq xoş idi. Nəticəni qənaətbəxş hesab edirəm. Oyunda iki qol vurdum. Birini penaltidən, digərini isə cərimə zərbəsindən. Şübhəsiz, qol vurmağımda komanda yoldaşlarımın da böyük rolu oldu. Qalib gəlmək istəyirdik, ancaq alınmadı. Bu, bizim Antalyada ilk oyunumuz idi. Cəmi 6 gündü burdayıq və ilk oyunumuzu bu cür güclü rəqibə qarşı keçirmək çətin idi. Ancaq komanda yaxşı təsir bağışladı. Hər şey daha yaxşı olacaq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin