“SKA Xabarovsk”un baş məşqçisi: “Bu cür qələbədən sonra narazılıq etmək düzgün olmazdı"

Sportarena.az      23 Yanvar 2018, 10:50

Yoxlama oyununda “Neftçi”ni darmadağın edən (1:8) Rusiyanın “SKA-Xabarovsk” klubunun baş məşqçisi Rinat Bilyaletdinov oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis klub saytına açıqlamasında bu cür hesablı qələbədən sonra nədənsə narazılıq etməyin düzgün olmadığını deyib:

 

“Bu cür hesablı qələbədən sonra nədənsə narazılıq etmək məncə, düzgün olmazdı. O ki qaldı oyuna, nəticənin bu cür böyük olmasına səbəb olan xüsusiyyətlərimizi daha da inkişaf etdirmək lazımdı. Bu gün standart vəziyyətlərdən yaxşı istifadə etdik. Düzdü, hər dəfə bu cür alınacağına təminat vermək çətindi, lakin futbolçular bunu bacardıqlarını sübut etdilər. Güclü yağışa rəğmən, meydança yaxşı vəziyyətdə qaldı, sürətli futbol oynamağa imkan verdi. Buraxdığımız qol analiz üçün imkan verir”.

 

Bilyaletdinov “Neftçi”nin oyunu barədə danışmaqda çətinlik çəkdiyini deyib:

 

“Oyuna sürətli başladıq ki, rəqib bunu gözləmirdi. “Tirana” ilə oyunda ilk qolu qapıçı bizə hədiyyə etmişdisə, bu dəfə hər şeyi özümüz etdik. Rəqib barədə danışmaq mənim üçün çətindi. Ola bilsin, məşqlərdə çox yükləniblər, ancaq bu gün biz çox sürətli idik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin