Rövşən Hüseynli: "Fransa ilə oyun bizim üçün finala bərabərdir"

Sportarena.az      25 Yanvar 2018, 14:45

"Avropa çempionatından əvvəl İran kimi güclü komanda ilə qarşılaşmaq xeyrimizə oldu. Bu matçlarda səhvlərimizi müəyyənləşdirdik, hansı çatışmazlıqları aradan qaldırmalı olduğumuzu dəqiqləşdirdik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib. Azərbaycan Futzal Federasiyanın rəsmi "Facebook" səhifəsinə fikirlərini açıqlayan qolkiper Avropa çempionatına hazırlıq məqsədilə İranla keçirilən yoxlama oyunlarını dəyərləndirib.

 

 “Birinci oyun daha sürətli və bir qədər də aqressiv keçdi. Tyaqonun yoxluğu müdafiədən çıxmağımızda, eləcə də hücumlar qurmağımızda bizə çətinlik yaratdı. Məşqlərdə bu cür tapşırıqları edərkən oyunu əsasən onun üzərində qururduq. Məcbur olub başqa taktika ilə oynadıq. İkinci oyunda sürət aşağı idi ki, bunu da yorğunluqla əlaqələndirmək olar. Çünki belə güclü komanda ilə ardıcıl iki gün ərzində oynamaq çox çətindi. Həm də Vassouranın yoxluğu hiss olundu. İran və Fransa yığmalarının oyun üslubu bir-birinə yaxındır. Bu da bizim üçün əla sınaq oldu. Bildik ki, nələri düzəltməliyik, harda axsayırıq. Xətai, Ramiz, İsa oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Fineo, Vassoura və Vitali komandaya gec qoşulduqlarına görə, müəyyən problemlər yaşandı. Ancaq çempionata qədər bunun yoluna qoyulacağına əminik".

 

Onun sözlərinə görə, yığma Avropa çempionatına təxminəm 80-90 faiz hazırdır:

 

"Qarşıdakı 7-8 gündən də maksimum istifadə edəcəyik. Təbii ki, rəsmi və yoldaşlıq oyunları tam fərqlidir. Çalışdıq Fransa ilə oyunda etmək istədiklərimizi bu matçlarda tətbiq edək. Fransa ilə oyun bizim üçün finala bərabərdir. Çünki növbəti mərhələyə aparan yol bu matçdan başlayır. Komandamız üçün uğurlu bir yarış olacağına inanıram”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin