Tofiq Heydərov “Zəfər” mükafatına layiq görüldü - VİDEO

15:36 29 Yanvar 2018

“JW Marriott – Abşeron” otelində Gənclər və İdman Nazirliyi və “Sportsman” jurnalının birgə təşkil etdiyi və 2017-ci ilin yekunlarına həsr olunan qala-gecə keçirilib.

 

Sportarena.az xəbər verir ki, Tədbirdə nüfuzlu “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb. İdman elitasının iştirak etdiyi mərasimdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti və Azərbaycan Ağır Atletika Federasiyasının 1-ci vitse-prezidenti Tofiq Heydərov mükafata layiq görülüb. Ona “Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə” xüsusi Fəxri Fərman təqdim edilib. Mükafatı qəbuledən Tofiq Heydərov təşkilatçılara minnətdarlığını bildirib, ölkədə idmana göstərilən dövlət qayğısından danışıb. Tofiq Heydərov çıxışı zamanı həmçinin 2017-ci ildə ağır atletika idman növündə əldə olunan uğurlardan və yeniliklərdən də söz açıb.

 

Tədbir zamanı digər nominasiyalar üzrə qaliblərin də adları açıqlanıb. Qala – gecə bədii hissə ilə davam edib.

 

 


Xəbər xətti