U-16 Liqası: "Keşlə" autsayderə qalib gələ bilmədi

10:58 9 Fevral 2018

Dünən U-16 Liqasında 19-cu turun oyunları keçirildi. Xəbər verdiyimiz kimi «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasına görə «Qəbələ» - «Vətən» matçı təxirə salınıb.  Turun digər 4 oyununda gözlənilməz nəticələr qeydə alınıb. Sensasiya «Səbail» - «Keşlə» oyununda olub. Əvvəlcədən qonaqların qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib. Eyni sözləri «Sumqayıt» - «Neftçi» İK İB oyunu haqqında da demək olar. «Qarabağ» çətin Tovuz səfərindən qalib ayrılıb. Turun mərkəzi matçında isə «Zirə» «Neftçi»ni məğlub etməyi bacarıb:

 

«Zirə» - «Neftçi» 3:1

«Səbail» - «Keşlə» 1:1

«Turan» - «Qarabağ» 1:4

«Sumqayıt» - «Neftçi» İK İB 1:1

 

 

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.

U-16 Liqasında 20-ci turun oyunları fevralın 15-də keçiriləcək: «Neftçi» İK İB- «Səbail», «Keşlə» - «Zirə», «Neftçi» - «Qəbələ», «Vətən» - «Turan», «Qarabağ» - «Kəpəz». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti