U-17 Liqası: 20-ci turun təqvimi

10:31 12 Fevral 2018

Bu gün «Bakcell U-17 Liqası»nda 20-ci turun oyunları keçiriləcək. 6 qarşılaşmadan 3-ü əyalətlərdə, 3 isə paytaxta baş tutacaq. «Səbail» - «Neftçi» qarşılaşmasını turun mərkəzi oyunu hesab etmək olar. Turnir cədvəlində qonşu olan bu komandaları cəmi 3 xal ayırır. İmişli, Gəncə, Keşlə və Qəbələdə keçiriləcək oyunlarda cütün favilətləri məlumdur. «Qarabağ», «Kəpəz», «Keşlə» və «Qəbələ» nisbətən zəif rəqiblər önündə çətin ki, çıxılmaz duruma düşsünlər. Yalnız «Neftçi» İK İB – «Zirə» matçı haqqında bir qədər ehtiyatlı fikir yürütmək lazımdır.

 

12 fevral (bazar ertəsi)

12:00 «Kəpəz» - «Xəzər Lənkəran»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

13:00 «Səbail» - «Neftçi»

(«Bayıl Arena»)

 

13:00 «Keşlə» - «Ağsu»

(«İnter Arena»)

 

14:00 «Neftçi» İK İB – «Zirə»

(Lökbatan OİK-nin meydanı)

 

14:00 «Mil Muğan» - «Qarabağ»

(İmişli şəhəri, Heydər Əliyev adına stadion)

 

14:00 «Qəbələ» - «Sumqayıt»

(Qəbələ şəhər stadionu)

 

 

Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-15 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti