U-16 Liqası: Mərkəzi oyun Binədə

12:21 15 Fevral 2018

Bu gün U-16 Liqasında 20-ci turun oyunları keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq «Neftçi» - «Qəbələ» matçı turun ən çox maraq doğuran qarşılaşmasıdır. 3- pillənin sahibi ilə liderin «çəkişməsi»nin kifayət qədər maraqlı keçəcəyi gözlənilir.

 

«Keşlə» - «Zirə» «Qarabağ» - «Kəpəz» matçları haqqında da eyni sözləri demək lazımdır. Digər 2 oyunda «Vətən»in «Turan» qarşısında hansısa çətinlik çəkəcəyi inandırıcı dyil. «Neftçi» İK İB – «Səbail» matçında isə üstün tərəf kimi meydan sahibləri görünürlər. Yeri gəlmişkən, 11 komandanın mübarizə apardığı U-16 Liqasında bu tur «Sumqayıt» istirahət edir.

 

15 fevral (cümə axşamı)

12:30 «Neftçi» - «Qəbələ» (Binə qəsəbə stadionu)

13:00 «Keşlə» - «Zirə» («İnter Arena», 4- meydan)

14:00 «Neftçi» İK İB – «Səbail» (Lökbatan OİK-nin stadionu)

14:00 «Vətən» - «Turan» («Neftçi Baza»)

15:00 «Qarabağ» - «Kəpəz» (Binə qəsəbə stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Fərid QasımovQarabağ»), Fərid MuxtarovKeşlə»), Mahir HəsənovNeftçi»), Mirvahid MustafazadəNeftçi» İK İB).

 

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti