AAAF-da növbəti anti-dopinq seminarı keçirilib - FOTOLAR + VİDEO

Sportarena.az      17 Fevral 2018, 12:57

Fevralın 15-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti anti-dopinq seminarı keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak ediblər.

 

İlk öncə AAAF-ın baş katibi Rizvan Rəsulov çıxış edib. O, dopinqlə mübarizənin vacibliyini bir daha vurğulayıb, həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Rəsulov AMADA-nın fəaliyyətini müsbət dəyərləndirib, idmanda təmiz rəqabətin bərqərar edilməsi üçün bu qurumun gördüyü işlərin yüksək qiymətləndirib. Federasiya tərəfindən son zamanlar atılan addımları xatırladan baş katib, bu çalışmaların intensiv şəkildə davam etdiriləcəyini bildirib. Anti-dopinq seminarları vasitəsilə maarifləndirilmənin ümumi anti-dopinq mübarizəsinin əsas hissəslərindən biri hesab etdiyini qeyd edən natiq, bu cür tədbirlərin mütəmadi keçirilməsin çalışacaqlarını da deyib.

 

Daha sonra söz AMADA təmsilçiləri olan mühazirəçilərə verilib. Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Dr. Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular barədə ətraflı məlumat verib.

 

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Anonim dopinq sorğusunda da iştirak edən idmançılara sonda maarifləndirici buklet və kitabçalar paylanıb.

 

AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, qadağan olunmuş maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi böyük bir bəladır və onun qarşısını almaq üçün böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.

 

AMADA-nın fəaliyyəti də vurğulanmalıdır. Bu qurumun əsas funksiyaları anti-dopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası və cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırmadır.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin