Putin İnfantino ilə futbol oynadı - VİDEO

15:55 6 Mart 2018

Rusiya prezident Vladimir Putin Kremldə FİFA prezidenti Canni İnfantino ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, görüş futbol üzrə Rusiyada keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalmış baş tutub.Prezidentlər Putinin qəbul otağında topla oynama bacarığını nümayiş etdiriblər.

 

FİFA-nın saytında yerləşdirilmiş videoçarxın çəkilişlərində dünya futbolunun bir çox ulduzları da iştirak ediblər. Vladimir Putinlə Canni İnfantinonun Kremldəki görüntüləri isə videoçarxın son hissəsində yer alıb.

 

Qeyd edək ki, futbol üzrə 21-ci Dünya çempionatı iyunun 14-də başlayır. Turnirin açılış matçında ev sahibi Rusiya ilə Səudiyyə Ərəbistanının yığması qarşılaşacaq. Final oyunu isə iyulun 15-də Moskvada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti