U-17 Liqası: «Neftçi» 2-ci yerə yüksəldi

Sportarena.az      12 Mart 2018, 22:06

Bu gün «Bakcell U-17 Liqası»nda 24-cü turun oyunları keçirildi. Turun mərkəzi oyununda lider «Qəbələ» «İnter Arena»nın 4-cü meydanında 2-ci pillənin sahibi «Keşlə»nin qonağı oldu. Təfərlər gərgin mübarizə şəraitində keçən oyundan sülhlə ayrıldılar. Bu, həm də 24-cü turun yeganə heç-heçəsi oldu. Digər 6 qarşılaşmanın yalnız birində böyük hesab qeydə alındı. Qalan 4 oyunda tərəflərdən biri minimal fərqlə qalib gəldi. Özü də bu oyunların ikisində qələbə topu matçın son dəqiqələrində vuruldu.

 

U-17 Liqası, 24-cü tur:

«Səbail» - «Sumqayıt» 5:1

Qollar: Aydın Ağazadə, 3; Xəlil Bəşirov, 28, 60; Kamil Əliyev, 36; Rauf Ağasənov, 90+2 – İbrahim Novruzov, 57.

 

«Keşlə» - «Qəbələ» 0:0

 

«Xəzər Lənkəran» - «Qarabağ» 1:2

Qollar: Əli Tağızadə, 17 – Fərid Süleymanlı, 34; Bilal Hüseynov, 85.

 

«Ağsu» - «Kəpəz» 2:3

Qollar: Ayxan Babayev, 6; Vüsal Mütəllimov, 55, Fərid Həsənzadə, 90+1 (avtoqol) – Babək Mehtiyev, 21, 74.

 

«Neftçi» İK İB – «Mil Muğan» 1:0

Qol: Nəzər Bədəlov, 68.

 

«Neftçi» - «Zirə» 1:0

Qol: Vüsal Əsgərov, 43.

Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.

 

U-17 Liqasında 25-ci turun oyunları martın 26-da keçiriləcək: «Kəpəz» - «Neftçi» İK İB, «Mil Muğan» - «Keşlə», «Qəbələ» - «Səbail», «Sumqayıt» - «Xəzər Lənkəran», «Qarabağ» - «Neftçi», «Zirə» - «Ağsu». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin