Ayaz Quliyev Rusiya millisinə çağırıldı

10:16 13 Mart 2018

Futbol üzrə Rusiyanın gənclərdən ibarət yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Yevgeni Buşmanov 23 futbolçuya dəvət göndərib. Onların arasında müqavilə ilə Moskva “Spartak”ına məxsus olan, lakin icarə əsasında “Rostov”da forma geyinən əslən azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də var.

 

Ayaz martın 23-də Makedoniya, bundan 4 gün sonra isə Cəbəllütariqə qarşı keçiriləcək yoxlama oyunlarında meydana çıxa bilər.

 

Qeyd edək ki, Ayaz Quliyevin Azərbaycan yığmasında da oynayacağına dair ehtimallar var.


Xəbər xətti