Dadaşov komandasına qələbə qazandırdı

Sportarena.az      17 Mart 2018, 11:44

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Auerbax” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. Belə ki, o, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.

 

Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.

 

"Dinamo" hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin