"Araz"ın 13-cü çempionluğu - "Məncə, nəticəmiz əladı" - LAYİHƏ

Sportarena.az      30 Mart 2018, 07:06

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını başa çatdırır.

 

Layihə çərçivəsində son yazımızı Yüksək Liqanın son turunda qələbə qazanaraq növbəti dəfə Azərbaycan çempionu olan "Araz"a həsr etdik.

 

Öncə Naxçıvan təmsilçisini çempion edək oyuna nəzər yetirək. Yüksək Liqanın 22-ci turunda EKOL-la qarşılaşan "Araz" qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi olan "Marafon"la xal fərqini sona 5 tur qalmış 18 xala çatıracaqdı. Bu isə çempionun vaxtında əvvəl müəyyənləşməsi demək idi. Debütantın hətta bir az oyun keçirməsi belə "Araz"a əngəl yaratmırdı.

 

 

Oyuna gəlincə, Naxçıvan təmsilçisi çempion adını heç də asanlıqla almadı. EKOL futzalçıları son illərin dəyişməz çempionuna başağrısı olmağı bacardılar. Görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçdiı. Naxçıvan təmsilçisi ilk yarıda Qalo və Bolinyanın qolları ilə iki dəfə hesabda önə keçməyi bacarsa da, hər iki halda Fərid Atakişiyev fərqlənməklə tarazlığı bərpa edib. İlk hissədə tərəflərin qol vurmaq üçün çox sayda fürsətləri olsa da, bəzi epizodlarda qapıçıların inamlı, bəzi epizodlarda isə futzalçıların isə qeyri-dəqiq zərbələri hesabın dəyişməsinə imkan vermədi. Birinci hissədə "yaşıllar"ın inamlı oyunu diqqət çəkməyə bilməzdi.

 

 

Cari mövsümdə məğlubiyyətin nə oluğunu bilməyən "Araz"a qarşı böyük əzmkarlıqla mübarizə aparan EKOL-un futzalçıları ikinci hissədə özlərinə bənzəmədilər. Xüsusilə müdafiə xəttində buraxılan kobud səhvlər və hücuma çıxmaqda çətinlik çəkən nominal qonaqlar bunun acısını tezliklə çəkilər. 23-cü dəqiqədə Bolinyanın "Araz"ı hesabda önə keçirməsi oyunun müqəddaratının dəyişməsinə səbəb oldu. Ardınca Orxan Rüstəmli fərqi iki topa yüksəltdi. Oyunda son nöqtəni isə bu görüşdə het-trik edən Bolinya qoydu - 5:2. Bu, millimizin üzvünün cari mövsümdəki  30-cu qolu olub. O, ən yaxın izləyicisi olan Renat Soltanovu (“Marafon”) artıq 10 top qabaqlayır.

 

 

Araz 0 EKOL 5:2

Qollar: Qalo, 2:49, Bolinya, 13:38, 22:29, 35:59, Oktay Rüstəmli, 24:24 // Fərid Atakişiyev, 3:36, 14:24

Sarı vərəqələr: İsa Atayev, 12:06. Bolinya, 17:52. Xətai Bağırov, 29:57 - N. Məmmədkərimov, 29:57.

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov

28 mart. Bakı İdman Sarayı. Saat 14:30

 

Bu nəticə "Araz"ın sayca 13-cü Azərbaycan çempionluğunu bayram etməsinə səbəb oldu. İlk qızıl medalını 2004-cü ildə qazanan Naxçıvan klubu bundan sonra 13 mövsümün hamısında zirvəni əldən verməyib. Azərbaycan futzalının flaqmanı çempionluqla yanaşı ölkəmizi UEFA kubokunda təmsil etmək imkanını da qazandı.

 

 

"Araz"ı çempion edən oyundan dərhal sonra komandanın baş məşqçisi Joze Alesio da Silva ilə həmsöhbət olduq. Onunla birlikdə mövsümü dəyərləndirdik, gələcək planlardan danışdıq.

 

- Çempionluq münasibəti ilə təbrik edirik. İlk təsüratlarınız necədi?

- Təbrikə görə təşəkkür edirəm. İkinci dövrədən sonra komandanın ifasında istədiyim oyunu görməyə başladım. Bu gün çıxışımız biraz zəif alındı. Bunun səbəbi isə komandanın bayramla əlaqədar tətilə buraxılması idi. Bununla belə yaxşı oynayıb, qələbə qazandıq.

 

- Cəmi  bir oyunda 2 xal itirdiyinizi nəzərə alsaq, çempionluğun asanlıqla başa gəldiyini demək olarmı? Mövsümü ümumilikdə necə dəyərləndirirsiz?

- Komandadan istədiyimi oyunu gördüm. Hücum xətti çox yaxşı təsir bağışladı. Nəticədə Bolinya çempionatın bombardiridi. Müdafiə xəttimiz də yaxşıdı. Ən az top buraxan komandayıq. Ümumilikdə çıxışımız yaxşı alındı. Sadəcə "Neftçi" ilə oyunda heç-heçə edib, 2 xal itirdik. Belə hallar olur, bunlar təbiidi. Məncə, nəticəmiz əladı.

 

- Bundan sonrakı oyunlar formal xarakter daşıyacaq. Az oynayan oyunçulara şans verəcəkmi? Yeni taktiki planları sınaqdan keçirəcəkmi? Hansı addımlar atacaq?

- Bura qədər işimiz necə gedibsə, bundan sonra da elə olacaq. Mövsümün sonuna qədər bütün oyunlara ciddi yanaşacağıq. Az oynayan futzalçılara şans vermək istəyirəm. Onların "artırıb", özlərini göstərmələrini çox istəyirəm.

 

 

- Futzal ictimaiyyətinin fikrincə bu mövsüm əvvəlki mövsümlərdən daha güclü keçdi. Həm milli komandanın, həm də "Araz"ın baş məşqçisi onun bu barədə fikirlərin öyrənmək istərdik. Həqiqətənmi bu mövsüm əvvəlkilərindən daha güclü, maraqlı alındı?

- Bəli, deyərim ki, bu mövsüm maraqlı keçir. Gördüyüm son mövsümdən sonra maraqlı alındı. Yeni komandalar - "Marafon", “FK.İD.Futsal” maraqlı oyun sərgilədilər. Yeni mövsümdən belə komandaların sayının daha çox olmasını istəyirəm. Eyni zamanda, bütün komandaların əvəzedici, yeniyetmələrdən ibarət komandaları olsun. Gənc futzalçıların sayı çoxalsın.

 

- UEFA və FİFA futzalla bağlı yeni sistemə keçir. Milli komandaların turnirləri artıq dörd ildən bir keçiriləcək. Eyni zamanda, iddialara görə, UEFA-nın may ayındakı konqresində futboldakı kimi futzalda da Çempionlar Liqası və Avropa Liqası turnirilərinin keçiriləcəyi ilə bağlı qərar veriləcəyi gözlənilir. Bu baş verərsə, futzalın ölkəmizdə inkişafına təkan verərmi?

- Bu, çox gözəl olardı. Milli komandaların turnirlərinin 4 ildən bir keçirilməsi bizə hər turnirə daha yaxşı hazırlaşmaq baxımından vaxt qazandırır. Eyni zamanda, maraq və rəqabət artıq. Futzalda da avrokuboklarla bağlı bu mühüm qərar verilsə, hər şey yaxşılığa doğru dəyişəcək və maraq daha da çoxalacaq. Komandaların oyunlara həvəsi də artacaq. Bu, çox gözəl olardı.

 

 

- "Araz" UEFA kubokuna da vəsiqə qazandı. Azarkeşlərimiz və ictimaiyyət komandanın uğurlarına öyrəşmişdilər. Ancaq son mövsümlər "Araz"ın nəticəsi heç də yaxşı alınmadı. Avrokuboklarda hansı nəticə ilə azarkeşləri sevindirmək istəyirsiz?

- Son mövsümdə komandaya yeni gəmişdim. Mənim təyinatımdan sonra 1 ay hazırlıq keçdik. Vaxt az idi, ardınca oyunlar oldu. Komandanı mən də tanımırdım, eyni zamanda heyət yeni olduğundan oyunçular da bir-birinə uyğunlaşmamışdı. Bu səbəbdən çıxışımız uğursuz alındı. Növbəti mövsümdə hər şey fərqli olacaq. Yaxşı komandamız var, artıq bir-birimizi yaxşı tanıyırıq. Çalışacağıq ki, azarkeşlərimizi qazandığımız nəticələrlə sevindirək. Onlar oyunlarımıza gəlib qələbələrimizin şahidi olsunlar. Yenidən UEFA kubokunda 1/2 final oynamaq istəyirik.

 

- Milli komanda ilə bağlı planlarınız necədi? Əvvəllər turnirlərin sayı çox olduğuna görə tez-tez toplaşardız. Amma indi vəziyyət dəyişib. Bundan sonra milliyə yanaşma necə olacaq?

- Mayda federasiya rəhbərliyi ilə milli komandanın gələcək planları ilə bağlı fikir mübadiləsi aparacağıq. 2019-cu ildə Dünya çempionatının seçmə mərhələsinin oyunları olacaq. Bu səbəbdən toplanışların olması vacibdir. Turnirlərin dörd ildən bir keçirilməsi milliyə yanaşmamızı dəyişməyəcək.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin